Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Almaz Ülvi (Almaz Qasım qızı Binnətova; 8 avqust 1960, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycanlı ədəbiyyatşünas,[1] yazıçı-publisist, filologiya elmləri doktoru (2010). Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı.[2] Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri.
Almaz Ülvi | |
---|---|
Almaz Qasım qızı Binnətova | |
Doğum tarixi | 8 avqust 1960(1960-08-08) (64 yaş) |
Doğum yeri | |
Elm sahəsi | nəvaişünas |
Elmi dərəcəsi | filologiya elmləri doktoru (2010) |
Elmi adları | Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin Fəxri Professoru (2020) |
İş yeri | |
Təhsili | |
Tanınır | ədəbiyyatşünas, yazıçı-publisist, nəvaişünas, Beynəlxalq Babur Fondunun Bakı filialının rəisi |
Mükafatları |
Almaz Ülvi 1960-cı il avqustun 8-də Göyçə mahalının Kəsəmən kəndində müəllim ailəsində doğulmuşdur. Həmin kənddə orta məktəbi fərqlənmə ilə tamamlamış (1967–1977) və Bakı Dövlət Universitetində ali təhsil almışdır (1978–1984).
1986–1988-ci illərdə Azərbaycan Dillər Universitetinin ikiillik fars dili kurslarını bitirmişdir.
Almaz Ülvi AMEA Nizami adına Ədəbiyyat İnstitunun "Türk xalqları ədəbiyyatı" şöbəsində baş elmi işçi vəzifəsində çalışıb (şöbə yaranan gündən).
1995-ci ildə "Demokratiya və milli müstəqillik uğrunda mübarizənin poeziyada əksi" mövzusunda namizədlik dessertasiyası müdafiə etmişdir.
2010-cu ildə Almaz Ülvi "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında özbək klassiklərinin yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1984–1993-cü illərdə "Ədəbiyyat və incəsənət" qəzetində, 1993–1997-ci illərdə "Dövlət Əmlak Komitəsi"ndə mətbuat xidmətinin rəhbəri kimi və 1997-ci ildən hal-hazıra kimi "Xalq qəzeti"nin "Ədəbiyyat və incəsənət" şöbəsində çalışır. 25 ilə yaxındır ki, mütəmadi olaraq mətbuat orqanlarında elmi, ədəbi, tarixi publisistik məqalələri ilə çıxış edir. Müxtəlif qəzet və jurnallarda, kitab, almanax və elmi toplularda, dünyanın bir sıra tanınmış beynəlxalq jurnallarında türk, özbək, rus, ingilis, gürcü, tatar və s. dillərdə elmi məqalələri çıxıb. Ümumiyyətlə isə, Azərbaycanda və xaricdə 400-dən yuxarı məqaləsi işıq üzü görüb.
1990-cı ilin may ayında Ülvi Bünyadzadənin təhsil aldığı Xarici Dillər Universitetində "Ülvi Bünyadzadə Xatirə Muzeyi" yaratmışdır.
Gənc şəhid şair Ülvi Bünyadzadəyə həsr olunmuş "Ülviləşən Ülvim" və "Poeziyada milli-azadlıq duyğuları" kitablarının müəllifi, "Ülvi duyğularım" (55 səh.), "Bir ölümün acığına" (256 səh.), "Ömrüm sənin eşqindi" (256 səh.), "Sənin oxşarın bənövşədi" (495 səh.), "Ömür yolu (poema 2 dildə), "Ömür yolu (poema 5 dildə) kitabların, eləcə də bir sıra digər kitabların toplayanı, tərtib edəni, nəşrə hazırlayanı və ön sözünün müəllifidir. Bir çox gənc şairlərin ilk kitablarına ön söz yazıb.
Almaz Ülvinin Daşkənddə, İstanbulda, Ankarada, Bişkekdə, Tbilisidə, Şimalı Kiprdə və s. ölkələrdə dəfələrlə elmi simpozyum və elmi konfranslarda məruzələri dinlənilmişdir. İndiyədək 100-dən artıq beynəlxalq elmi konfransların iştirakçısı və məruzçisi olmuşdur.
2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılan "Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği" təşkilatina 2015-ci ilin yanvar ayında üzv seçilmişdir.
Atilla adlı jurnalın təsisçisi və baş redaktorudur.
Türkiyədə, Özbəkistanda və s. ölkələrdə nəşr olunana bir çox Beynəlxalq elmi Jurnalların Redaksiya heyətinin üzvüdür
Ailəlidir. Atilla adlı bir oğlu var. Həyat yoldaşı Hacı Nazim Süleymanov ixtisasca jurnalistdir.
Almaz xanım Ülvi Bünyadzadənin və Könül Bünyadzadənin bibisidir.