. Love.az

Alpay Azer - Wikipedia - Love.az

Ana Səhifə - Alpay Azer

Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı.

Alpay Azər
Alpay Azər oğlu Əhmədov
Təxəllüsü Alpay Azər
Doğum tarixi 6 oktyabr 1974 (50 yaş)
Doğum yeri Bakı şəhəri, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Azər Abdulla[1]
Təhsili Sankt-Peterburq Dövlət Universiteti[2]
İxtisası beynəlxalq münasibətlər[3]
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 2010–h.h
Əsərlərinin dili azərbaycanca
İstiqamət nəsr
Janrlar hekayə
roman
İlk əsəri "Şax yeriyənlər"
Tanınmış əsərləri "Şax yeriyənlər" (2012)[4]
"Yazıçı və arvadı" (2018)[5][6]
"Həyat epikrizi" (2020)[7][8]
Mükafatları

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Kitabları
  • 4 İstinadlar

Həyatı

redaktə

Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub.[3] Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir.[2] Mərhum yazıçı Azər Abdullanın oğludur.[1] Evlidir, iki övladı var.

Fəaliyyəti

redaktə

2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb. Həmin ildən "Azərbaycan", "Ulduz", "Literaturnı Azerbaycan" jurnalları və "Ədəbiyyat" qəzeti kimi ədəbi orqanlarda, dövri mətbuatda müntəzəm şəkildə çap olunub.[13]

2011-ci ildə Azərbaycanda keçirilən III Nəsimi Milli Ədəbiyyat (Debüt) müsabiqəsində nəsr üzrə nominasiyada 2-ci yeri tutub.[14][15]

"Azadlıq" radiosunun 2012-ci ildə keçirdiyi hekayə müsabiqəsində "Ən yaxşı 10 hekayədən biri" nominasiyasına layiq görülüb.[16]

2013-cü ildə "Şax yeriyənlər" hekayələr kitabı ilə Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi ədəbi müsabiqədə Yusif Səmədoğlu adına nəsr nominasiyasının qalibi olub.[9][10]

2014-cü ildə III Beynəlxalq Mahmud Kaşğarlı Hekayə Müsabiqəsinin Azərbaycan üzrə qalibi olub.[11][12] Müsabiqənin beynəlxalq mərhələsində isə üçüncü yerin sahibi olub.[17][18]

2020-ci ildə Mir Cəlal hekayə müsabiqəsində həvəsləndirici mükafata layiq görülüb.[19][20]

2021-ci ildə Monteneqroda çap edilən "Müasir Azərbaycan ədəbiyyatı" almanaxında əsərlərinə yer verilib.[21][22]

2021-ci ildə "Ay işığında tabut" adlı hekayəsi TEAS Press nəşriyyatının 44 günlük müharibəyə həsr etdiyi "44 fəsil" adlı kitabda yer alıb.[23]

Kitabları

redaktə

2012-ci ildə "Şax yeriyənlər" adlı hekayələr toplusu işıq üzü görüb.[24] Kitabda şəhər həyatını, qadın-kişi münasibətlərini, uşaq və yeniyetmə psixologiyasının həssas məqamlarını, eləcə də bəzi adət-ənənələrə yumoristik-ironik yanaşmanı əks etdirən hekayələr yer alıb.[4]

2018-ci ildə "Yazıçı və arvadı" adlı hekayələr kitabı nəşr edilib.[25] "Hisslər və macəralar" silsiləsindən olan hekayələr, Azərbaycan və Rusiya mühitində qadın-kişi münasibətlərindən, yeniyetmələrin ilk duyğusal sevgilərindən, dostluq macəralarından, gənclərin "şəxsi həyat, yaxud karyera" dilemması qarşısındakı yaşantılarından bəhs edir.[5][6]

2020-ci ildə "Həyat epikrizi" adlanan ilk romanı ilə oxucularının görüşünə gəlib.[7] Sosial mövzulu əsər insanın borc alıb qaytara bilməməsindən, eyni zamanda yaxşılıq etməkdən bezməsindən, bir sözlə, insanın maddi nəsnələrdən asılılığından bəhs edir.[8][26]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Azərbaycanlı yazıçı və oğlu koronavirusa yoluxdu" (az.). news.day.az = 2022-08-12. 2021-03-03. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  2. ↑ 1 2 ""Öndə nazir müavini, iki-üç deputat-teleulduz oturmuşdu..."" (az.). www.qafqazinfo.az = 2022-08-12. 2013-06-05.
  3. ↑ 1 2 "Alpay Azər: "Ədəbiyyata 35 yaşımda gəldim"" (az.). www.kulis.az = 2022-08-12. 2016-03-16. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  4. ↑ 1 2 "Alpay Azərin ilk hekayələr kitabı çap olundu" (az.). www.avanqard.net = 2022-08-12. 2012-11-02. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  5. ↑ 1 2 "Alpay Azərin növbəti hekayələr toplusu çap olunub" (az.). www.edebiyyatqazeti.az = 2022-08-12. 2018-03-07. 2018-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  6. ↑ 1 2 "Alpay Azərin "Yazıçı və arvadı" hekayələr kitabı nəşr olundu" (az.). www.525.az = 2022-08-12. 2018-03-07.
  7. ↑ 1 2 "Alpay Azərin romanı çap olundu" (az.). www.kulis.az = 2022-08-12. 2020-12-30. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  8. ↑ 1 2 "Alpay Azərdən "Həyat epikrizi"" (az.). www.525.az = 2022-08-12. 2021-01-14. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  9. ↑ 1 2 "Yazıçılar Birliyi qaliblərin adlarını açıqladı" (az.). www.aznews.az = 2022-08-12. 2013-04-02. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  10. ↑ 1 2 "Qaliblər açıqlandı" (az.). www.adalet.az = 2022-08-12. 2013-04-01. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  11. ↑ 1 2 "Gənc yazar beynəlxalq mükafatın qalibi oldu" (az.). www.kulis.az = 2022-08-12. 2014-11-06.
  12. ↑ 1 2 "Alpay Azər qalib oldu" (az.). www.teleqraf.com = 2022-08-12. 2014-11-06. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  13. ↑ "Alpay Azər: "Ədəbiyyata 35 yaşımda gəldim"" (az.). www.kulis.az. 2016-03-16. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  14. ↑ "Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin qalibləri açıqlandı (SIYAHI)" (az.). www.modern.az = 2022-08-12. 2011-06-20.
  15. ↑ "Nəsimi mükafatının qalibləri açıqlandı - SİYAHI" (az.). www.kulis.az = 2022-08-12. 2011-06-20. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  16. ↑ ""Alpay Azər: "Hekayələrimi nahar vaxtı kafelərdə yazıram"" (az.). www.azadlig.org = 2022-08-12. 2012-05-02.
  17. ↑ "Üçüncü Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıb" (az.). www.azertag.az = 2022-08-12. 2014-12-08.
  18. ↑ "Türk dünyasının "İlin ədəbiyyat adamı-2014" laureatları Bakıda mükafatlandırılıb" (az.). www.report.az = 2022-08-12. 2014-12-08.
  19. ↑ "Mir Cəlal adına hekayə müsabiqəsi yekunlaşıb" (az.). www.medeniyyet.az = 2022-08-12. 2020-10-14. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  20. ↑ "Ay işığında kəndə gətirilən şəhid - Alpay Azərin hekayəsi" (az.). www.kulis.az = 2022-08-12. 2020-11-17. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  21. ↑ ""Müasir Azərbaycan ədəbiyyatı" kitabı Monteneqro dilində çapdan çıxıb" (az.). www.azertag.az = 2022-08-12. 2021-06-16. 2022-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  22. ↑ "Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…" (az.). www.kulis.az = 2022-08-12. 2021-06-16. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  23. ↑ "44 günlük müharibəyə dair kitab nəşr olunub: "44 fəsil"" (az.). www.musavat.com = 2022-08-12. 2021-09-08. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  24. ↑ "Alpay Azərin ilk hekayələr kitabı çap edildi" (az.). www.azadlig.org = 2022-08-12. 2012-11-01. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
  25. ↑ "Alpay Azərin "Yazıçı və arvadı" hekayələr kitabı nəşr olundu" (az.). www.qaynarinfo.az = 2022-08-12. 2018-03-07.[ölü keçid]
  26. ↑ "Alpay Azərin ilk romanı çap olundu - Foto" (az.). www.manera.az = 2022-08-12. 2021-01-14. 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alpay_Azər&oldid=7593838"
LOVE.AZ