. Love.az

Alqayit - Wikipedia - Love.az

Ana Səhifə - Alqayit

Xəlilov Alqayıt Bayram oğlu (28 noyabr 1939, Daşkənd, Basarkeçər rayonu – 12 yanvar 2013, Xırdalan) — Azərbaycanlı aşıq, el şairi.

Alqayıt
Alqayıt Bayram oğlu Xəlilov
Aşıq-şair Alqayıt
Aşıq-şair Alqayıt
Doğum adı Alqayıt
Doğum tarixi 28 noyabr 1939
Doğum yeri
  • Daşkənd, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 12 yanvar 2013 (73 yaşında)
Vəfat yeri
  • Xırdalan, Abşeron rayonu, Azərbaycan
Vəfat səbəbi infarkt
Dəfn yeri
  • Xırdalan qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ→Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Atası Aşıq Bayram Xəlilov
Anası Seyid Maral
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d],
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası Tarix-filologiya
Fəaliyyəti müəllimlik, şairlik
Fəaliyyət illəri 1967–2013
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət şeir
Janrlar qoşma, gəraylı

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
  • 3 Əsərləri
  • 4 Məqalələri
  • 5 İstinadlar

Həyatı

redaktə

Aşıq Alqayıt 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Anası Seyid Maral Seyid Bayramın qızıdır. Orta məktəbi həmin kənddə bitirdikdən sonra 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə qəbul olmuş və 1967-ci ildə həmin institutun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1967-ci ildən 1972-ci ilə qədər Daşkənd kənd orta məktəbində müəllimlik etmişdir. 1972-ci ildə "Mingəçevir işıqları" qəzetində işləməyə dəvət olunmuş və 1974-cü ilə qədər burada fəaliyyət göstərmişdir. 1974-cü ildə yenidən Göyçə mahalına qayıtmış və Basarkeçər (11 iyun 1969-cu ildən Vardenis) rayonunda çap olunan "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışmışdır. 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansambılının bədii rəhbəri kimi fəaliyyət göstərmişdir. 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşamışdır və özünəməxsus yaradıcılığını davam etdirmişdir.[1]

Aşıq Alqayıt 2013-cü il yanvarın 12-də Xırdalan şəhərində vəfat etmişdir.

Yaradıcılığı

redaktə

Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" (1998) kitabında Alqayıtın həyatı və yaradıcılığı haqqında geniş məlumat verilmişdir (səh.209–213).

Alqayıtın həyatı və yaradıcılığı haqqında 2007-ci ildə Sərraf Şiruyənin "Hər görüş bir xatirədir" kitabında da ətraflı məlumat verilmişdir (səh.116–124).

Əsərləri

redaktə
  • "Qalx ayağa Azərbaycan" (2000),
  • "Yaralı qartal", Bakı, "Hərbi nəşriyyat", 2006, 560 səh., 1000 tiraj.
  • "Seyid Bayram ocağı" (2007),
  • "Analı dünyam", Bakı, "Hərbi nəşriyyat", 2011

Məqalələri

redaktə
  • "Sənətkar ömrü", 2008.

İstinadlar

redaktə
  1. ↑ Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alqayıt&oldid=7623350"
LOVE.AZ