Altay Tofiq oğlu Həsənov (4 fevral 1961, Bakı) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Katibliyinin rəisi (2017-ci ildən), Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti (2002-ci ildən), 1-ci dərəcə dövlət müşaviri.
Altay Həsənov | |
---|---|
Vəzifədədir | |
4 aprel 2017-ci ildən | |
Prezident | İlham Əliyev |
Vitse-prezident | Mehriban Əliyeva |
18 may 2007 – 4 aprel 2017 | |
Prezident | İlham Əliyev |
16 yanvar 2013-cü ilədək Protokol xidməti rəisinin müavini — sektor müdiri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 fevral 1961(1961-02-04) (64 yaş) |
Doğum yeri | |
Təhsili |
|
|
|
Təltifləri |
![]() ![]() |
Altay Tofiq oğlu Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub.
Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin vitse-prezidenti vəzifəsini icra edib. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Altay Həsənova 22 iyun 2009-cu ildə inzibati vəzifələrin birinci təsnifatı üzrə 3-cü dərəcə dövlət müşaviri[1], 18 iyun 2012-ci ildə 2-ci dərəcə dövlət müşaviri[2], 19 iyun 2017-ci ildə isə inzibati vəzifələrin ali təsnifatı üzrə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[3]
Ailəlidir, bir qızı, üç nəvəsi var.
29 iyun 2015-ci ildə 2015 Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[4]
4 fevral 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[5]