Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Altay Mir-Bağırov (4 oktyabr 1934, Bakı – 2011, Bakı) — Azərbaycan memarı.[1]
Altay Mir-Bağırov | |
---|---|
Altay Seyid Hüseyn oğlu Mir-Bağırov | |
![]() Altay Mir-Bağırov iş masası arxasında | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Validə Mir-Bağirova |
Uşaqları | Samirə Mir-Bağırzadə, Fəridə Mir-Bağırzadə |
Atası | Seyid Hüseyn Mir-Bağırov |
Anası | Sitarə Mir-Bağirova |
Altay Seyid Hüseyn oğlu Mir-Bağırov 4 oktyabr 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1941–1949 illərdə Bakı şəhəri Nizami rayonunun 201 saylı orta məktəbini əla qiymətlərlə bitirib, 1947–1949-cu illərdə Pionerlər sarayında təsviri sənət dərnəyində məşğul olmuşdur. O, 1949–1953-cü Bakı Neft texnikumunda Neft quyularının qazınması texniki ixtisas üzrə tam təhsil almışdır. Altay Mir-Bağırov 1953–1955-ci illərdə Stalinqrad (Volqoqrad) şəhərində Sovet Ordusu sıralarında xidmət göstərmiş və leytenant rütbəsi almışdır.[1]
Altay Mir-Bağırov 1956–1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq fakültəsində oxumuş, "Çoxmərtəbəli ramplı qaraj" mövzususunda diplom işinini müvvəffəqiyyətlə müdafiə etmişdir. 1962–1963-cü illərdə Təyinat üzrə Novokuznetsk şəhərində "Sibir Promproekt" layihə institutunda memar vəzifəsində işləmişdir. O, 1963–1965-ci illərdə "Azərenerji" idarəsində tikinti sahəsində çalışmışdır. 1966-cı ildə SSRİ "Memarlar ittifaqınin" üzvü olmuşdur.
Altay Mir-Bağırov 1965-ci ildə Mir-Bağirova Validə Baladadaş qızı ilə ailə qurmuşdur.[1]
1965–2002-ci illərdə Moskva "Kurortlayihə" institutunun Azərbaycan şöbəsində memar, layihələrin baş memarı, memarlıq və tikinti emalatxanasının rəisi vəzifələrini icra etmişdir. 2002-ci ildən 2009-cu ilə qədər "Azərinşaatlayihə" institutunda memarlıq şöbəsində rəis vəzifəsində işləmişdir.[1]
21 noyabr 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Rus dilində:
Azərbaycan dilində:
İngilis dilində:
Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivində Azərbaycan memarı Altay Səid Hüseyn oğlu Mir-Bağırova həsr olunmuş 162 №-li şəxsi fondu açılmışdır. Altay Mir-Bağırovun sənədlərinin şəxsi Arxivi fondunda Azərbaycan və keçmiş SSRİ məkanında 1965–2009-cu illəri əhatə edən layihələri elmi-texniki ekspertizadan keçirilmiş, onun fəaliyyətinin tarixi əhəmiyyəti nəzərə alınaraq, Arxivin zəngin və qiymətli materiallarının fonduna daxil edilmişdir.[3]
Sənədlər aşağıdakı şəkildə sistemləşdirilmişdir:
Fondda müəllifin əsərlərinin 188 (yüz səksən səkkiz) saxlama vahidi daxil edilib.[3]
Tərtib edən: Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivinin komplektləşdirmə, idarə arxivləri və kargüzarlıq şöbəsinin aparıcı arxivçisi: O. A. Əliyeva
Təsdiq edən: Azərbaycan Respublikası Dövlət Elm və Texnika sənədləri Arxivinin direktoru: Ş. Q. Haşimov.