. Love.az

Altay Seidov - Wikipedia - Love.az

Ana Səhifə - Altay Seidov

Altay Ağasəid oğlu Səidov (Seyidov) (11 iyul 1926, Bakı – 10 sentyabr 2015) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar rəssamı (1979)

Altay Səidov
Doğum tarixi 11 iyul 1926
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 10 sentyabr 2015 (89 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr rəssamı
Təhsili Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1946), Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu (1953)
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 19791979 Azərbaycan LKGİ mükafatı — 19671967

Mündəricat

  • 1 Həyatı
  • 2 Bədii tərtibat işləri
  • 3 Mükafatları
  • 4 İstinadlar
  • 5 Ədəbiyyat

Həyatı

redaktə

Altay Səidov 11 iyul 1926-cı ildə Bakıda anadan olub. 1943–1946-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1948–1953-cü illərdə isə İ. Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil alıb. 29 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına quruluşçu rəssam götürülüb və 1967-ci ildən bu kollektivdə baş rəssam işləyib.[1] O, dəvətlə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşalara da səhnə tərtibatı vermişdir.[2]

Altay Səidov 10 sentyabr 2015-ci ildə vəfat edib.[2]

Bədii tərtibat işləri

redaktə

Mükafatları

redaktə
  • Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1967
  • "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 9 fevral 1979
  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 1 aprel 2005[3]

İstinadlar

redaktə
  1. ↑ Rəhimli, 2016. səh. 46–47
  2. ↑ 1 2 AMT, 2019. səh. 278
  3. ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respubli̇kası Prezi̇denti̇ni̇n Sərəncamı". e-qanun.az. 1 aprel 2005. 2021-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2020.

Ədəbiyyat

redaktə
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.
  • "Azərbaycanın mədəniyyət təqvimi" (Elektron kataloq). Bakı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2019. 510 səh.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Altay_Səidov&oldid=6625976"
LOVE.AZ