. Love.az

Alyaska Cereyani - Wikipedia - Love.az

Ana Səhifə - Alyaska Cereyani

Alyaska cərəyanı— Sakit okeanın şimal-şərq hissəsində Şimali Sakit okean cərəyanının qolu olub, isti okean cərəyanıdır.

Alyaska cərəyanı
Ümumi məlumatlar
Akvatoriya Sakit okean
Tip Soyuq
Orta axın cərəyanı 0,2-0,5
Duzluluğu 32.5 ‰

Mündəricat

  • 1 Xüsusiyyətləri
  • 2 Həmçinin bax
  • 3 Xarici keçidlər
  • 4 Ədəbiyyat

Xüsusiyyətləri

redaktə

Cərəyan cənubdan Alyaska körfəzinə daxil olaraq, şimala axır və sonra körfəzin yuxarı hissəsindən cənub-qərbə dönür, fırlandıqdan sonra böyük ölçüdə genişlənir. Aleut Adalarının şərq sərhədlərindən Berinq dənizinə keçir. Dərinlik relyefin qeyri-bərabərliyinin səbəb olduğu axın istiqamətində sapmalarla sübuta yetirildiyi kimi, cərəyan aşağıya enib dərinliklərə qədər uzanır.

Axının sürəti 0,2 - 0,5 m/san arasındadır. Cərəyanın suları fevralda 2-7°, avqustda isə 10-15° C olan yüksək temperatur ilə xarakterizə olunur. Suyun duzluluğu 32,5 ‰ təşkil edir.

Həmçinin bax

redaktə
  • Alyaska körfəzi
  • Dəniz cərəyanları
  • Sakit okean

Xarici keçidlər

redaktə
  • Şimali Amerika
  • Sakit okean

Ədəbiyyat

redaktə
  • Аляскинское течение — статья из Географической энциклопедии.
  • Аляскинское течение // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Alyaska_cərəyanı&oldid=5390310"
LOVE.AZ