Amerika qara brantası, Sakitokean qara brantası (lat. Branta bernicla nigricans) — Ördəklər fəsiləsinə aid Qara brantanın yarımnövünü təşkil edir.
Amerika qara brantası | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Amerika qara brantası |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Ördəklər 55–69 sm hündürlüyə, 1,2–2,2 kq çəkiyə malik olur. Qanadları arasında məsafə 110–120 sm təşkil edir. Sakitokean qara brantası qısa boyuna və elə də böyük olmayan dimdiyə sahib olmasıdır. Başı və boynu qara, boğazı ağ, beli və qanadları tünd bozdur[3].
Sakitokean qara brantası əsasən Xatanqa körfəzi və Lena çayının deltasından şərqdən başlayaraq Anadır körfəzinə qədər olan ərazilərdə yayılmışlar. Onlar həm də Yeni Sibir adaları və Vrangel adasındanda belə yuva qura bilirlər. Onlara həm də Şimali Amerikanın arktika adaları sahillərində müşahidə edilirlər. Əsasən Alyaska ştatı ərazisi üstünlük təşkil edir. Qışlama Aşağı Kaliforniya ərazisində keçirilir. Sakitokean qara brantası kiçik qruplar halında yaşayırlar. Qruplar 10 və daha çox cütdən ibarət ola bilir. Brantlar ümumilikdə antropogen təsirə olduqca həssasdır[4]. Yuva bir qayda olaraq quru ərazidə qurulur. Əsasən qayalıqda yerləşir. Bir dəfəmə 3–6 ağ yumurta qoyurlar[3].
Hazırda Sakitokean qara brantasının ümumi sayı 114 000 başdır. İl ərzində insanlar tərəfindən 14 000 baş quş ovlanılır. Bu populyasiyasının sayı 1981-ci ildə 200 000 quş olduğu halda 1987-ci ildə saylsrı iki dəfə azalaraq 100 000 düşmüşdür.