Amerika tanrıları (ing. American Gods) – Nil Qeyman tərəfindən yazılmış və 2001-ci ildə nəşr olunmuş eyniadlı roman əsasında çəkilən ABŞ teleserialı. Brayan Fuller və Maykl Qrinin yaradıcısı olduğu teleserial Starz telekanalında nümayiş etdirilir. Fuller və Qrin serialın şourannerləridir. Prodüserləri Qeyman, Fuller, Qrin, Kreyq Seqielski, Stefani Berk və Tom Birsdir.
Amerika tanrıları | |
---|---|
![]() | |
![]() Serialın posteri. | |
Janr |
drama fentezi |
Əsaslanır | Nil Qeymanın "Amerika tanrıları" romanı |
İlk baxış tarixləri | 30 aprel 2017 |
Prodüser |
Brayan Fuller (I mövsüm) Mayk Qrin (I mövsüm) Cessi Aleksandr (II mövsüm) Nil Qeyman Keyq Seqielski Stefani Berk Devid Sleyd Adam Keyn |
Rollarda |
Riki Uittl Emili Brouninq Krispin Qlover Brüs Lanqli Yetide Badaki Pablo Şrayber İen Makşeyn |
Şüar | İnan (ing. Believe) |
Bəstəkar | Brayan Reytzell |
İstehsalçı ölkə |
![]() |
Studiya |
Living Dead Guy J.A. Green Construction Corp. The Blank Corporation FremantleMedia North America Starz Originals |
Dil | ingiliscə |
Rəng | rəngli |
Mövsüm sayı | 3 |
Seriya sayı | 26 |
Seriya vaxtı | 52-63 dəq. |
Telekanal | Starz |
IMDb | ID1898069 |
Format | 4K (Ultra HD) |
starz.com/series/america… | |
![]() |
Teleserial həbsxanandan yenicə çıxmış Kölgə Munun Mister Çərşənbə adlı qəribə şəxslə tanış olmasından, ardından özünü Yeni tanrılar ilə Qədim tanrılar arasında getdikcə böyüyən müharibənin ortasında tapmasından bəhs edir. Serialın ilk mövsümü Starz kanalında 2017-ci ilin aprelindən iyununa kimi göstərilmişdir. İkinci mövsümdə Qrin və Fulleri Aleksandr əvəz etmişdir. May ayında ikinci mövsümü təsdiqlənmişdir və 10 mart 2019-cu ildə yayımlanması planlaşdırılır.
Serial vizuallığına və aktyorların performansına görə bəyənilmiş və 2 kateqoriyada Emmi mükafatına namizəd göstərilmişdir, lakin qalib gəlməmişdir.
№ | Seriya adı İngiliscə adı |
Rejissor | Ssenari müəllifi | İlk efir tarixi | ABŞ izləyiciləri (milyon) |
---|---|---|---|---|---|
1 | "Məzarlıq" | Deyvid Sleyd | Brayan Fuller & Maykl Qrin | 30 aprel 2017 (2017-04-30) | 0.975[24] |
2 | "Qaşıqların sirri" | Deyvid Sleyd | Maykl Qrin & Brayan Fuller | 7 may 2017 (2017-05-07) | 0.710[25] |
3 | "Baş, tamam qar" | Deyvid Sleyd | Brayan Fuller & Maykl Qrin | 14 may 2017 (2017-05-14) | 0.716[26] |
4 | "Şərəfsiz getdi" | Krayq Zobel | Maykl Qrin & Brayan Fuller | 21 may 2017 (2017-05-21) | 0.631[27] |
5 | "Sənin limon aromatın" | Vinkenzo Natali | David Qraziano | 28 may 2017 (2017-05-28) | 0.666[28] |
6 | "Tanrıların qətli" | Adam Keyn | Simus Kevin Fahey və Maykl Qrin & Brayan Fuller | 4 iyun 2017 (2017-06-04) | 0.607[29] |
7 | "Dəli Suininin duası" | Adam Kane | Mariya Melnik | 11 iyun 2017 (2017-06-11) | 0.629[30] |
8 | "İsaya gəl" | Floriya Siqismondi | Beka Branstetter və Maykl Qrin & Brayan Fuller | 18 iyun 2017 (2017-06-18) | 0.774[31] |
2011-ci ildə "Amerika tanrıları" romanının müəllifi Nil Qeyman Edinburq Beynəlxalq Kitab Festivalında qeyd etmişdi ki, HBO roman əsasında teleserial çəkmək arzusundadır.[32][33] 2013-cü ilin martında Qeyman Kembric Beynəlxalq Tələbə Film Festivalında layihənin gedişatı barədə söhbət açmış və çəkiləcək teleserialın açılış seriyasının "yeni elementlərə və detallara malik olacağını", lakin "kitabın ilk fəsillərini özündə saxlayacağını" qeyd etmişdi.[34] O, həmçinin bildirmişdi ki, yalnız ilk iki mövsüm roman əsasında çəkiləcək və pilot ssenari üzərində hələ işləyir, çünki ilk ssenari HBO-nu məmnun etməyib.[35] 2013-cü ilin martında Qeyman Reddit vasitəsilə layihə üzərində işin getdiyini, lakin artıq HBO-nun layihədən çəkildiyini bildirmişdir.[36]
2014-cü ildə HBO-nun proqramlaşdırma prezidenti Maykl Lombardo layihənin tərk edildiyini, çünki yaxşı bir ssenari əldə etmədiklərini açıqlamışdır: "Biz üç müxtəlif ssenaristlə işlədik, ortaya xeyli səy qoyduk. Lakin bəzən bəzi şeylər alınmır".[37]
2014-cü ilin fevralında FremantleMedia roman əsasında teleserial çəkmək hüququ əldə etmişdir.[38] 2014-cü ilin iyulunda Starz Brayan Fuller və Maykl Qrinlə birlikdə layihə üzərində işlədiyini açıqlamışdır.[39]
Fuller qeyd edir ki, o, qədim tanrıları cəsur və qaba təsvir edib "onların dinlərinin köhnəlmiş aspektlərini göstərmək, Yeni tanrıları isə hiyləgər texnologiya ilə gücləndirilmiş təsvir edib "onların öz dinlərində necə əhəmiyyətli olduqlarını" göstərmək istəmişdir.[40]
28 yanvar 2016-cı ildə Riki Uittl baş qəhrəman Kölgə Munu oynamaq üçün seçilmişdir.[1] 2 mart 2016-cı ildə İen Makşeynin Mister Çərşənbə olacağı açıqlanmışdır.[2] 17 mart 2016-cı ildə Emili Brouninqin Kölgənin həyat yoldaşı Laura Mun rolunda olacağı dəqiqləşmişdir.[3] 23 mart 2016-cı ildə Şon Harris, Yetide Badaki və Brüs Lanqlinin müvafiq olaraq Dəli Suini, Bilqeys və Texnik oğlan rollarında oynayacaqları anons edilmişdir.[6] 14 aprel 2016-cı ildə Conatan Taker və Krispin Qlover Lou Key Lyesmit və Mister Dünya kimi seçilmişdir.[5] 21 aprel 2016-cı ildə Kloris Liçmen Zorya Veçernyaya, Peter Stormare Çernoboq, Kris Obi Mister Çaqqal və Musa Kryaş Cin kimi seçilmişdir.[11]
6 may 2016-cı ildə Şon Harris şəxsi səbəblər üzündən Dəli Suini rolundan çəkildiyini açıqlamışdır.[41] 11 may 2016-cı ildə Pablo Şrayber bu rola layiq görülmüşdür.[7] 2016-cı ilin iyununda Cillian Andersonun KİV-i oynayacağı məlum olmuşdur.[8] 15 iyun 2016-cı ildə Omid Abtahi, Orlando Cons və Demore Barna layihəyə müvafiq olaraq Səlim, Mister Nansi və Mister Aybis olaraq qatılmışdırlar.[13][14]
15 iyul 2016-cı ildə Deyn Kuk Robbi kimi,[15] bir həftə sonra Kristin Çenovet Ostara kimi seçilmişdir.[16]
Teleserialın ilk treyleri 22 iyul 2016-cı ildə San Diego Comic-Con International tədbirində nümayiş etdirilmişdir.[42]
Amerika tanrıları ABŞ-də həftənin hər bazar günü Starz tətbiqi vasitəsilə yayımlanır. Daha sonra həmin gün saat 9-da Starz kanalında nümayiş etdirilir. ABŞ-də yayımlandıqdan sonra hər seriyanı Amazon Video vasitəsilə bütün dünyada izləmək mümkündür.[43]
"Amerika tanrıları"nın ilk mövsümü tənqidçilər tərəfindən müsbət rəylər almışdır. Metacritic-də teleserial 100 xalın 77-sini almışdır (36 rəy əsasında).[44] Rotten Tomatoes-da serial 94% reytinqə və 8.13/10 xala (66 rəy əsasında) malikdir.[45]
İl | Mükafat | Kateqoriya | Nominasiya(lar) | Nəticə | İst. |
---|---|---|---|---|---|
2017 | Qara Çarx Mükafatı | Ən yaxşı qonaq oyunçu performansı: drama | Orlando Cons | Gözlənilir | [46] |
Praym-taym Emmi Mükafatı | Ən yaxşı əsas başlıq dizaynı | Patrik Klayr, Raul Marks, Devin Maurer və Ceff Hann | Gözlənilir | [47] | |
Ən yaxşı xüsusi vizual effektlər | Kevin Tod Hau, Devid Stamp, Ceremy Boll, Bernays Şarlotta Hovs, Cessika Smit, Coş Karlton, Pyerr Baffin, Ceyms Kuper və Aymerik Perseval ("Məzarlıq" seriyasına görə) | Gözlənilir | [48] |
№ | Başlıq | Yayım tarixi | Reytinq (18–49) |
İzləyicilər (milyon) |
DVR (18–49) |
DVR izləyiciləri (milyon) |
Cəmi (18–49) |
Ümumi izləyici (milyon) |
---|---|---|---|---|---|---|---|---|
1 | "Məzarlıq" | 30 aprel 2017 | 0.4 | 0.975[24] | — | — | — | — |
2 | "Qaşıqların sirri" | 7 may 2017 | 0.3 | 0.710[25] | — | — | — | — |
3 | "Baş, tamam qar" | 14 may 2017 | 0.3 | 0.716[26] | — | 0.585 | — | 1.301[49] |
4 | "Şərəfsiz getdi" | 21 may 2017 | 0.3 | 0.631[27] | — | 0.621 | — | 1.252[50] |
5 | "Sənin limon aromatın" | 28 may 2017 | 0.3 | 0.666[28] | 0.3 | 0.733 | 0.6 | 1.400[51] |
6 | "Tanrıların qətli" | 4 iyun 2017 | 0.2 | 0.607[29] | 0.3 | 0.671 | 0.5 | 1.278[52] |
7 | "Dəli Suininin duası" | 11 iyun 2017 | 0.3 | 0.629[30] | — | 0.588 | — | 1.218[53] |
8 | "İsaya gəl" | 18 iyun 2017 | 0.3 | 0.774[31] | — | 0.622 | — | 1.396[54] |