. Love.az

Amerikan Samoasi Milli Parki - Wikipedia - Love.az

Ana Səhifə - Amerikan Samoasi Milli Parki

Amerikan Samoası Milli Parkı — ABŞ-yə məxsus Amerikan Samoasında üç adada: Tutuila, Ofu-Oloseqa və Tau adalarında yerləşən milli park. Sahəsi 3600 ha-dır (2600 ha quru, 1000 ha su). ABŞ-nin Milli Park Xidməti tərəfindən idarə olunur.

Amerikan Samoası Milli Parkı
ing. American Samoa National Park
Ofu çimərliyi
Ofu çimərliyi
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 3,6 min. ha
Mütləq hündürlüyü 498 m
Yaradılma tarixi 1988
Ziyarətçi sayı
  • 4.819 nəf. (2020)[1][2]
İdarəetmə orqanı ABŞ Milli Park Xidməti
Yerləşməsi
14°15′30″ şm. e. 170°41′00″ q. u.HGYO
Ölkə  ABŞ
Region Amerikan Samoası
Yaxın şəhər Paqo Paqo
nps.gov/npsa/ındex
[[Fayl:|280px|class=notpageimage noviewer|Amerikan Samoası Milli Parkı xəritədə]]
Amerikan Samoası Milli Parkı
Amerikan Samoası Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Qalereya
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

Bu ABŞ-nin ekvator xəttindən cənubda yerləşən yeganə milli parkıdır. Bu milli park ekvatorial meşələri əhatə etmiş olub, yürüyüş, trekking, dalğıclıq kimi idman sahələri ilə məşhurdur. Amma əsas məqsəd Amerikan Samoasının təbiətini qorumaqdır.

Amerikan Samoası Milli Parkı üç ayrı adadan ibarətdir: Tutuila, Ofu-Oloseqa və Tau.

  •  
    Tutuila
  •  
    Ofu-Oloseqa
  •  
    Tau

Parkın ən böyük adası Tutuila adasıdır və bura motorlu qayıqla çatmaq mümkündür. Bu adada iki yürüyüş zolağı möcuddur.

Ofu adasına getmək üçün Tutuila adasındakı kiçik beynəlxalq hava limanında təyyarəyə minmək lazımdır. Tau adasına gediş də eyni yolladır. Tau adasında gecələmək üçün otellər də var.

Amerikan Samoası Milli Parkına 2011-ci ildə 8 716 ziyarətçi gəlmişdir. Ziyarətçilərin çoxu Tutuila adasını ziyarət etmişdirlər. Ofu və Tau adasını ziyarət edənlərin sayı isə azdır.

Qalereya

redaktə
  •  
    Vatiya körfəzində Tutuiladan Poli Taya baxış.
  •  
    Ofu çimərliyi
  •  
    Ofu adası
  •  
    Tutuila adası
  •  
    Ofu adası

İstinadlar

redaktə
  1. ↑ https://irma.nps.gov/STATS/SSRSReports/National%20Reports/Annual%20Park%20Ranking%20Report%20(1979%20-%20Last%20Calendar%20Year).
  2. ↑ https://irma.nps.gov/Stats/SSRSReports/National%20Reports/Query%20Builder%20for%20Public%20Use%20Statistics%20(1979%20-%20Last%20Calendar%20Year).

Xarici keçidlər

redaktə
  • Milli Park Xidməti
  •   VikiSəyahətdə American Samoa National Park haqqında səyahət məlumatları var.
  • ABŞ Milli Park Xidməti Manua adaları xəritəsi (pdf).
  • Milli Parkdakı quş növləri [ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Amerikan_Samoası_Milli_Parkı&oldid=7233562"
LOVE.AZ