Amerikan qorxu hekayəsi: Psixiatriya xəstəxanası FX telekanalında yayımlanan “Amerikan qorxu hekayəsi” antologiya serialının ikinci mövsümüdür. Mövzusu müqəddəslik və dinlə elmin əlaqəsi olan ikinci mövsümdə Massaçusetsdəki Briarkliff adlı psixiatriya xəstəxanasında 1964-cü ildə cinayətlər və münasibətlər təsvir olunur. Qanunsuz həbs edilmiş xəstəxana sakinləri, o cümlədən soyuqqanlı qatil hesab edilən Kit Uolker və Qreys Bertrand, nimfoman hesab edilən Şelli və lezbiyan jurnalist Lana Uinters xəstəxanadan qaçmaq istəyərkən sirrli hadislərlə üzləşirlər. Xəstəxananın sadist iş heyətinin başında rahibə Cud Martin durur. Ganahsız rahibə və psixoloq haqqında həqiqətlər ortaya çıxdıqda hər şeyin göründüyü kimi sadə olmadığı müəyyənləşir.
Əsas aktyor heyətinə serialın veteran aktyorları Sara Polson, Cessika Lanc, Evan Peters, Zaxari Kuinto və Lili Reyb, həmçinin, Lizzi Broşere, Ceyms Kromvel və Cozef Fayns daxildir. Xüsusi qonaqlar Yan MakŞeyn, Xloya Seviqni və Adam Levindir. Birinci mövsümdə rol almış Frensis Konroy və Dilan MakDermott da ikinci mövsümdə yenidən seriala qayıtmışlar.
Aktyor | Personaj | Rol |
---|---|---|
Zaxari Kuinto | Həkim Oliver Tredson | Əsas |
Cozef Fayns | Monsinyor Timoti Hovard | Əsas |
Sara Polson | Lana Uinters | Əsas |
Evan Peters | Kit Uolker | Əsas |
Lili Reyb | Mari Yunis MakNi bacı | Əsas |
Lizzi Broşere | Qreys Bertrand | Əsas |
Ceyms Kromvel | Həkim Artur Arden | Əsas |
Cessika Lanc | Cud Martin bacı | Əsas |
Actor | Character | Role |
---|---|---|
Cenna Devan-Tatum | Tereza Morrison | Köməkçi |
Barbara Tarbak | Baş rahibə Klaudiya | Köməkçi |
Xloya Seviqni | Şelli | Xüsusi qonaq ulduz |
Fredrik Len | Frenk MakKann | Köməkçi |
Britni Oldford | Alma Uolker | Köməkçi |
Frensis Konroy | Şaxat | Köməkçi |
Dilan MakDermott | Conni Morqan | Köməkçi |
Klea DüVall | Vendi Peyser | Köməkçi |
Naomi Qrossman | Pepper | RecuKöməkçirring |
Adam Levin | Leo Morrison | Köməkçi |
Yan Makşeyn | Leya Emerson | Xüsusi qonaq ulduz |
Mark Engelhardt | Karl | Köməkçi |
Mark Konsuelos | Spivi | Köməkçi |
Mark Marqolis | Sem Qudvin | Köməkçi |
Franka Potente | Anna Frank / Şarlotta Braun | Xüsusi qonaq ulduz |