. Love.az

Ana Veten Partiyasi Turkiye - Wikipedia - Love.az

Ana Səhifə - Ana Veten Partiyasi Turkiye

Ana Vətən Partiyası( türk. Anavatan Partisi , qısaca ANAP ) — Türkiyədə siyasi partiya olub.

Ana Vətən Partiyası
Qurucu
  • Turqut Özal
Quruluş tarixi 20 may 1983
Dağılma tarixi 31 oktyabr 2009
Baş qərargah
  • İstanbul
İdeologiya iqtisadi liberalizm[d], Liberal konservatizm
İdeoloji spektr mərkəz sağ
Saytı anap.org.tr

1983-cü ildə Turqut Özal tərəfindən təsis edilib. 2009-cu ilin oktyabrında Demokrat Partiyası ilə birləşdi. ANAP sağ mərkəzçi neoliberal və liberal mühafizəkar partiya hesab olunurdu ki, o, hökumətin iqtisadiyyatda oynaya biləcəyi rolun məhdudlaşdırılmasını dəstəkləyir, həmçinin özəl kapital və sahibkarlığı və bəzi ictimai din ifadələrini dəstəkləyir. Sosial siyasətdə islami dəyərləri vurğulayırdı, lakin islamçı partiyalarla müqayisədə fərqli, müasir İslam anlayışını təmsil edirdi; iqtisadi siyasətdə liberallaşma və azad bazar iqtisadiyyatının tərəfdarı idi. O, bir növ neo-mühafizəkarlığın tərəfdarı idi və cəmiyyətin liberallaşdırılmasını vurğulayırdı. Xüsusilə 1991-ci ildən, Turqut Özalın yerinə Məsut Yılmaz keçdikdən sonra bir çox liberal islahatlar aparıldı. 1983-cü ildə Türkiyədə keçirilən ümumi seçkilərdə Özalın rəhbərlik etdiyi yeni Ana Vətən Partiyası qalib gəldi. Partiya İslam dirçəlişi və dünyəvi liberalların potensial pozucu qarışığından ibarət olsa da, o, çoxluq hökuməti qura bildi və qısa müddət ərzində demokratiya bərpa olundu.

Qurucuları

redaktə
  • Turqut Özal
  • Cavid Şadi Pəhlivanoğlu
  • Mehmet Keçəçilər
  • Məsud Yılmaz
  • Mehmet Cavid Kavak
  • Adnan Qəhvəci
  • Fahir Sabuniş
  • Cəmil Çiçək
  • Ali Ayağ
  • Mustafa Taşar
  • Qaya Ərdəm
  • Günəş Tanər
  • Abdulla Tənəkəçi
  • Kazım Oksay
  • Rəcəb Ərcümənt Konukman
  • Veysəl Atasoy
  • Xəlil Şıvqın
  • Vəhbi Dinçərlər
  • Sudi Türəl
  • Necat Əldəm
  • Ali Tanrıyar
  • Bədrəddin Doğancan Ağürək
  • İbrahim Özdəmir
  • Əbdülhəlim Araz
  • Hüsnü Doğan
  • Leyla Yeniay Köseoğlu
  • Lütfullah Kayalar
  • Vural Arıkan
  • Bədrəddin Dalan
  • Rıfat Dikər
  • Murat Başəsgioğlu
  • Melih Gökçək
  • Mehmet Altınsoy

Liderləri

redaktə

Partiyanın baş icraçı üzvü genel başkan adlanır. O, iki ildən bir keçirilən partiya qurultaylarında partiya nümayəndələri tərəfindən seçilib. Yardıldığı 1983-cü ildən 2009-cu ilə qədər partiyanın yeddi lideri olub:

  • Turqut Özal (20 may 1983 - 31 oktyabr 1989)
  • İldırım Ağbulud (16 noyabr 1989 - 15 iyun 1991)
  • Məsud Yılmaz (15 iyun 1991 - 4 noyabr 2002)
  • Əli Talib Özdəmir (18 noyabr 2002 - 3 oktyabr 2003)
  • Nəsrin Nas (15 oktyabr 2003 - 21 mart 2005)
  • Ərkan Mumcu (2 aprel 2005 - 26 oktyabr 2008)
  • Saleh Uzun (26 oktyabr 2008 - 31 oktyabr 2009)

(Liderin istefası və ya fəaliyyət qabiliyyətini itirməsi ilə yenisinin seçilməsinə qədər olan dövrlərdə partiyanın mərkəzi komitəsi kollektiv şəkildə lider kimi çıxış edirdi.)

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ana_Vətən_Partiyası_(Türkiyə)&oldid=8033111"
LOVE.AZ