Anadır — Rusiyada qəsəbə. Çukotka Muxtar Dairəsinin inzibati mərkəzi. Anadır çayının ağzında salınmışdır. Bu qəsəbə Rusiyanın ən şərqi qəsəbəsidir.
Qəsəbə | |||||
Anadır | |||||
---|---|---|---|---|---|
rus. Анадырь | |||||
![]() | |||||
|
|||||
64°44′ şm. e. 177°31′ ş. u.HGYO | |||||
Ölkə |
![]() |
||||
Region | Çukotka Muxtar Dairəsi | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1889 [1] | ||||
Əvvəlki adı | Novomariinsk (1923-cü ilə qədər)[1] | ||||
Sahəsi | 20[2] | ||||
Mərkəzin hündürlüyü | 35 m | ||||
İqlimi | Dəniz iqlimi, Subarktika iqlimi | ||||
Saat qurşağı | UTC+12:00 | ||||
Əhalisi | |||||
Əhalisi | 13045[3] nəfər (2010) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 42722 | ||||
Poçt indeksi | 689000 | ||||
Digər | |||||
adm.anadyr.ru (rus.) | |||||
![]() |
Qəsəbənin tarixi bir əsrdən bir az çox olsa da, adının tarixi qədimdir. Bu adın mənşəyi yukagir dilindəki çay mənasına gələn "any-an" sözündən götürülmüşdü. Qəsəbə 1889-cu ildə Novomariinsk adı ilə salınmışdı.[1] Lakin 1923-cü ildə qəsəbənin adı Anadır olaraq dəyişdirildi.[1] 1965-ci ildə isə qəsəbə statusu aldı.[1]
İl | 1926 | 1939 | 1959 | 1970 | 1979 | 1989 | 2002 | 2010 |
---|---|---|---|---|---|---|---|---|
Əhali | 224[5] | 3344[6] | 5859[7] | 7703[8] | 12241[9] | 17094[10] | 11038[11] | 13045[3] |
2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə Anadırın əhalisi 13045 nəfər olmuşdu. 1 yanvar 2015-ci il tarixinə olan təxmini əhali sayı isə 14326 nəfərdir.[12]
Anadır Berinq dənizinin Anadır körfəzində yerləşən əhəmiyyətli dəniz portudur. Anadırda həmçinin Uqolnıy Hava Limanı vasitəsilə Rusiyanın Xabarovsk, Vladivostok, Moskva və digər şəhərləri və ABŞ-nin Nom şəhəri ilə hava əlaqəsi yaradılmışdır. Anadırda hal-hazırda sadəcə Tavayvaam ilə avtomobil yolu vardır, lakin 2014-cü ildə 1800 kilometrlik Maqadan-Anadır yolunun tikintisinə başlanılmışdır.[13] Tikintinin 30 il sonra tamamlanması planlaşdırılıb.
Keppenin iqlimlər təsnifatına görə Anadır subarktik iqlimə malikdir. Qışı uzun və çox soyuqdur, yayı isə sərin və qısadır. Ən soyuq ay −22.6 °C ortalama temperatur ilə yanvar ayı, ən isti ay isə +11.6 °C °C ortalama temperatur ilə iyul ayıdır. Hər il ortalama 382 mm yağıntı düşür. Ən yüksək temperatur +30.0 °C 7 iyul 1956-cı ildə, ən aşağı temperatur isə −46.8 °C 3 yanvar 1913-cü ildə qeydə alınmışdır.[14][15]
Anadır 30 oktyabr 1989-cu ildə ABŞ-nin Bethel şəhəri ilə qardaş şəhər elan olunmuşdur.