Anar Ağakişiyev (21 iyul 1984, Tbilisi) — Azərbaycan stilisti, qrimçi.
Anar Ağakişiyev | |
---|---|
Anar Ağakişiyev Samir oğlu | |
Doğum tarixi | (40 yaş) |
Doğum yeri | Gürcüstan |
Vətəndaşlığı |
![]() |
Atası | Samir |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | Stilist, Qrimçi |
Mükafatları | |
anaragakishiev.com |
Stilist Anar 21 iyul 1984-cü ildə Gürcüstannın Tiflis şəhərində anadan olub. Uşaqlıqdan rəsm dərnəyində rəssamlığın sirrlərini öyrənməyə başlayıb. 1999-cu ildən saç ustası kimi fəaliyyətə başlayıb. Bu illər ərzində make-up sənətinə də yiyələnib. 2001-ci ildə hər iki sahə üzrə Moskvada xüsusi dərslər alıb. [1]Almaniya, İspaniya və İtaliyada təkmilləşdirmə kursları və seminarlarda iştirak edib.
2010-cu ildə Validə Abbasova ilə birlikdə “Best model of Azerbaijan” modellik yarışmasına rəhbərlik etmişdir. [2]
Azərbaycanın Ruhi, Aygün Kazımova, Röya Ayxan, Nigar Camal və bir çox mügənnilərin imici üzərində çalışıb. Stilist Gürcüstanı 2011-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən Safo Nijaradze ilə də işləyib. 2012-ci ildə isə Anar Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsinin core time grupunda müsabiqə iştirakçiları ilə çalışıb. 2012-ci ildə "Qrand Müstəqil Milli-İctimai Mükafatı-2011"in mükafatlandırılma mərasimində "İlin stilisti" mükafatı qazanmışdır. [3]
2013-cü ildə ATV-də yayımlanan "Özünə Bax" dəb verlişinin münsifi olub.[4]
Anar Ağakişiyev 2012-2013-cü illərdə “Kanal S”də “Dəbin hökmü” verilişinin layihə rəhbəri və aparıcısı olmuşdur. [5]
2018-ci ildə instaqram sosial şəbəkə platformasında makiyajla qadınları dəyişdirməsi ilə bağlı paylaşımları bütün dünya saytlarının diqqət mərkəzində olub. Nüfuzlu "Daily Mail"[6], "The Sun"[7] kimi saytlar bu haqda xəbərlər dərc ediblər.
Anar Ağakişiyev 2008-ci ildə[8], 2018-ci ildə “Best model of Azerbaijan” modellik yarışmasının münsifi olmuşdur.[9]
2020-ci ildə “Best model of Turkey” modellik yarışmasının münsifi olmuşdur.[10]
2021-ci ildə Xəzər TV-də yayılmanan "Dəyişən Cavab" verlişinin aparıcısı olub. Verlişin ilk qonağı Flora Kərimova olub. [11] 2024-cü ildə verlişin 2-ci mövsümü yayımlanmağa başlayıb. Bu dəfə isə verilişin ilk qonağı Nisə Qasımova olub. [12] 2024-cü ildən “Kanal S” televiziyasının baş direktorunun yaradıcılıq üzrə müşaviri vəzifəsində də çalışır. [13]
Nikol Şerzinger, İrina Şayk, Alsu kimi ulduzların stilisti olmuşdur.