. Love.az

Anar Memmedov Siyasetci - Wikipedia - Love.az

Ana Səhifə - Anar Memmedov Siyasetci
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.
Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Anar Məmmədov.

Anar İlyaz oğlu Məmmədov (21 iyun 1984, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı (2020-ci ildən).

Anar Məmmədov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Vəzifədədir
10 mart 2020-ci ildən
Seçki dairəsiVI çağırış — 96 saylı Goranboy–Naftalan
VII çağırış — 97 saylı Tərtər–Ağdərə–Goranboy
Şəxsi məlumatlar
Doğum tarixi 21 iyun 1984(1984-06-21) (40 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti,
  • Azərbaycan Texniki Universiteti,
  • Bakı Dövlət Universiteti,
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Siyasi fəaliyyəti
  • 4 Üzv olduğu komitə və komissiyalar
  • 5 Üzv olduğu beynəlxalq təşkilatlar
  • 6 Üzv olduğu parlamentlərarası əlaqələr üzrə işçi qrupları
  • 7 Təltif və mükafatları
  • 8 İstinadlar

Həyatı

redaktə

Anar Məmmədov 1984-cü il 21 iyun tarixində Bakı şəhərində anadan olub.1991–2001-ci illər orta məktəbdə təhsil alıb. 2001-ci ildə 618 balla Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinə daxil olub. 2001-ci ildə Heydər Əliyev tərəfindən mükafat alıb. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2002–2005-ci illər AzTU-nun Nəqliyyat fakültəsində YAP-ın sədri olub. 2002–2005-ci illərdə AzTU Nəqliyyat fakültəsi üzrə Gənclər Təşkilatının sədri olub. 2005-ci ildə Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirib. 2005–2006-cı illərdə MTN-də həqiqi hərbi xidmətdə olub, çavuş rütbəsi alıb. 2006–2010-cu illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb. 2014-cü ildə Taras Şevçenko adına KMU-nun Aspiranturasına daxil olub. 2016–2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İnşaat fakültəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.

Fəaliyyəti

redaktə

2006-cı ildə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, "Bakı Sərnişin Nəqliyyatı" Departamentində Nəzarət şöbəsində müfəttiş; 2007-ci ildə bölmə rəisi; 2008-ci ildə Avtobuslar xidmətlər şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 2012–2020-ci illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Avtonəqliyyat şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

Siyasi fəaliyyəti

redaktə

2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Anar Məmmədov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən deputat seçilib.

Üzv olduğu komitə və komissiyalar

redaktə
  • İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi
  • Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi

Üzv olduğu beynəlxalq təşkilatlar

redaktə
  • Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — Rəhbər
  • Türkdilli Dövlətlərin Parlament Assambleyası
  • Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası
  • Asiya Parlament Assambleyası

Üzv olduğu parlamentlərarası əlaqələr üzrə işçi qrupları

redaktə
  • 2024-cü il oktyabrın 8-də Azərbaycan — Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]
  • Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv
  • Azərbaycan-Nigeriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu — üzv

Təltif və mükafatları

redaktə
  • 2001-ci ildə Heydər Əliyev tərəfindən mükafat alıb.
  • 2022-ci ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
  • 2023-cü ildə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.
  • 2023-cü ildə Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının qərarı ilə "Parlament əməkdaşlığının möhkəmləndirilməsi" medalı ilə təltif olunub.

İstinadlar

redaktə
  1. ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anar_Məmmədov_(siyasətçi)&oldid=8079765"
LOVE.AZ