. Love.az

Anar Tagiyev - Wikipedia - Love.az

Ana Səhifə - Anar Tagiyev
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Anar Aqil oğlu Tağıyev (25 mart 1981, Bakı) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı (2019).

Anar Tağıyev
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
31 oktyabr 2019-cu ildən
ƏvvəlkiQoca Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi 25 mart 1981(1981-03-25) (44 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Moskva Dövlət Vilayət Universiteti[d]
Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Həyatı

redaktə

Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir.

Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır.

2006–2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008–2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010–2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011–2019-cu illərdə isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəsi

redaktə

Ailəlidir, 3 övladı var.

Milli Məclisin Yerli icra hakimiyyətləri ilə iş şöbəsinə müdir müavini Teymur Tağıyevin qardaşı, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.[1]

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anar_Tağıyev&oldid=7771607"
LOVE.AZ