. Love.az

Anaxanim Ismayilova - Wikipedia - Love.az

Ana Səhifə - Anaxanim Ismayilova

Anaxanım İsmayılova (qızlıq soyadı: Ağayeva) — Azərbaycanı təmsil edən qadın boksçu.

Anaxanım İsmayılova
Şəxsi məlumatlar
Tam adı Anaxanım İsmayılova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
İdman növü Boks
Medallar
Avropa Çempionatı
Bürünc 2022 Budva 50 Kq.

Karyerası

redaktə

Anaxanım Ağayeva 2014-cü ilin 31 may-8 iyunda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. Ağayeva 1/8 final mərhələsində Almaniya nümayəndəsi Sarah Bormanna qalib gəlsə də (3:0), 1/4 final mərhələsində Fransa təmsilçisi Vassilia Lxadiriya məğlub oldu (1:2) və Avropa Çempionatının beşinci pillədə başa vurdu.[1]

Daha sonra Anaxanım Ağayeva 2014-cü ilin 16-24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Ağayeva 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Tailand nümayəndəsi Sopida Satumruma məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[2]

2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında da mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Sandra Drabiha məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[3]

Daha sonra Anaxanım Ağayeva 2016-cı ilin 8-18 aprelində Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Ağayeva turnirin 1/16 final mərhələsindəcə Moldova nümayəndəsi Yuliya Koroliya məğlub oldu (1:2) və mübarizəsini dayandırdı.[4]

Anaxanım Ağayeva 2016-cı ilin 15-24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında da mübarizə apardı. Ağayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Yelena Saveleva məğlub oldu (0:3) və mübarizəsini dayandırdı.[5]

COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Anaxanım Ağayeva, turnirin 1/16 final mərhələsindəcə Ukrayna nümayəndəsi Tatyana Koba məğlub oldu (RSC) və mübarizəsini dayandırdı.[6][7]

Daha sonra Anaxanım İsmayılova 2022-ci ildə Monteneqronun Budva şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. İsmayılova 1/4 final mərhələsində Ukrayna nümayəndəsi Yaroslava Marinçuha qalib gəlsə də (3:2), 1/2 final mərhələsində İrlandiya təmsilçisi Kaitlin Fryersa məğlub oldu (0:5) və Avropa Çempionatının bürünc medalına sahib oldu.[8]

Anaxanım İsmayılova 2023-cü ilin 16-26 martında Hindistanın Yeni Dehli şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. İsmayılova 1/16 final mərhələsi çərçivəsində baş tutan görüşdə Hindistan nümayəndəsi Zareen Nixata məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.[9]

Uğurları

redaktə
Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2014
Avropa Çempionatı   Rumıniya
5.
2
Dünya Çempionatı   Cənubi Koreya
PAT
3
2015
Avropa Oyunları   Azərbaycan
PAT
4
2016
Avropa Olimpiya Təsnifat Turniri   Türkiyə
PAT
5
Avropa Çempionatı   Bolqarıstan
PAT
6
2021
Avropa Olimpiya Təsnifat Turniri   Fransa
PAT
7
2022
Avropa Çempionatı   Monteneqro
3.
8
2023
Dünya Çempionatı   Hindistan
PAT

İstinadlar

redaktə
  1. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2014 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2014 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2015 European Games — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2016 European Olympic Qualifier Tournament — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2016 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  6. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2020 European Olympic Qualifier Tournament — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  7. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2020 European Olympic Qualifier Tournament — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  8. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2022 European Women Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  9. ↑ Amateur-boxing.strefa.pl idman portalı. "2023 World Women Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl ( (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anaxanım_İsmayılova&oldid=8048658"
LOVE.AZ