Ancelina Colinin filmoqrafiyası — ABŞ aktrisa və kinorejissoru Ancelina Colinin yer alıdığı ekran işlərinin siyahısı.
Uşaq yaşlarında atası Con Voytla birlikdə komediya filmi "Çıxış yolu axtarışında" (1982) filmində debüt etdi.[1] 11 il sonra o, növbəti filmdə —aşağı büdcəli "Kiborq 2: Şüşə kölgə" (1993) filmində göründü, bu filmin satışı uğursuz oldu.[2] Daha sonra o, elmi fantastika trilleri "Hakerlər" (1995) filmində yeniyetmə haker olaraq rol aldı.[3][4] Colinin karyerası "Corc Volles" (1997) filmində ikinci planda oynaması ilə yaxşılaşdı və bu filmə görə o, "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı — Telefilm" əldə etdi.[5][6][7] Növbəti il HBO telekanalının "Cia" (1998) filmində uğur qazandı. Model Cia Karanci rolunu canlandırdığına görə "Ən yaxşı aktrisa Qızıl qlobus mükafatı — Telefilm" mükafatı qazandı.[8]
Coli "Uçuşları idarə edərkən" (1999) filmində yer aldı, filmin gəlirləri az olsa da, həmin ildə yer aldığı "Qorxunun hakimiyyəti" (1999) filmi kommersiya uğuru əldə etmişdir.[9][10] Coli "Yarıda qalmış həyat" (1999) filmində ona "Ən yaxşı ikinci plan qadın roluna görə Qızıl qlobus mükafatı - kinofilm" və "Ən yaxşı ikinci plan qadın roluna görə Oskar mükafatı" qazandıran sosipatik ruhi xəstə rolunu canlandırdı.[11][12] "60 saniyəyə qaçırmaq" (2000) soyğun filmində Nikolas Keyclə əks qütbdə canlandırdığı rol ona bu vaxta qədər ən çox gəlir gətirən rol oldu.[13] Coli "Tomb Raider" videooyun seriyasına əsaslanan hərəkətli film "Lara Kroft: Sərdabələr oğrusu" (2001) filmində Lara Kroft adlı arxeoloq rolu ilə dünya miqyasında tanındı.[14][15] Mənfi rəylər almasına baxmayaraq, film böyük uğur qazandı.[16][17] Karyerası iki satış uğursuzluğu — erotik triller "Yoldan çıxarma" (2001) və romantik komediya "Həyat və ya ona bənzər bir şey" (2002) filmlərindəki rolları ilə davam etdi.[18] Coli davam filmi olan "Lara Kroft: Sərdabələr oğrusu. Həyatın beşiyi" (2003) filmində Lara Kroft rolunu yenidən canlandırdı.
Coli "Sualtı dostlar" (2004) cizgi filmində səsləndirmə aktrisası olaraq yer aldı, ardınca "Mister və missis Smit" (2005) komediyasında Bred Pittlə əks qütbdə sui-qəsdçi rolunu canlandırdı.[19] Daha sonra "Onun ürəyi" (2007) dram filmində Mariana Pörl obrazını canlandırdı və "Kunq-fu Panda" (2008) animasiya filmində səsləndirmə aktrisası olaraq yer aldı.[20] İkinci dərəcəli rol aldığı "Son dərəcə təhlükəli" (2008) döyüş triller filmi satış uğuru qazandı.[21] Növbəti yer aldığı film "Dəyişmə" (2008) dramında canlandırdığı Kristin Kollinz rolu ona "Ən yaxşı aktrisa üçün Akademiya mükafatı"na namizədlik qazandırdı.[22] Bunun ardınca 2010-cu ildə ən çox gəlir gətirən trillerlərindən ikisi — "Solt" və "Turist" filmlərində baş rolda yer aldı.[23] Coli 2011-ci ildə Bosniya müharibəsi zamanı məhəbbət hekayəsini əks etdirən "Qan və Bal diarında" romantik dram filminin rejissoru oldu və "Kunq-fu Panda 2" animasiyasında rol aldı.[24] Colinin 2014-cü ildəki ən böyük kommersiya uğuru, dünya üzrə 758 milyon ABŞ dollarından çox gəlir əldə edən və eyniadlı rolu canlandırdığı qaranlıq fantezi filmi "Malefisenta" (2014) oldu.[25][26] Onun sonrakı rejissoru olduğu filmləri "Sınmaz" (2014) və "Əvvəlcə atamı öldürdülər" (2017) müharibə dramları oldu.[27][28]
Hələ buraxılmamış filmi bildirir | |
Sənədli filmi bildirir |
İl | Filmin Azərbaycan dilində adı | Filmin orijinal adı | Rol | Qeyd | İst. |
---|---|---|---|---|---|
1982 | Çıxış yolu axtarışında | Lookin' to Get Out | Toş | [29] | |
1993 | Kiborq 2: Şüşə kölgə | Cyborg 2 | Kasella "Kaş" Ris | [30] | |
Ancela və Viril | Angela & Viril | Ancela | Qısa film | [31] | |
Alis və Viril | Alice & Viril | Alis | Qısa film | [31] | |
1995 | Hakerlər | Hackers | Keyt Libbi | [32] | |
1996 | Dəlilsiz | Without Evidence | Codi Svarincen | [33] | |
İtalyan məşuqlar | Love Is All There Is | Gina Malasisi | [34] | ||
Səhranın ayı | Mojave Moon | Elli Riqbi | [35] | ||
Yalançı alov | Foxfire | Leqs Sadovski | [36] | ||
1997 | Tanrını təsvir edərkən | Playing God | Kleyr | [37] | |
1998 | Cəhənnəm qazanı | Hell's Kitchen | Qloria Makneri | [38] | |
Sevginin dönüklüyü | Playing by Heart | Coan | [39] | ||
1999 | Uçuşları idarə edərkən | Pushing Tin | Mari Bell | [40] | |
Qorxunun hakimiyyəti | The Bone Collector | Amelia Donaci | [41] | ||
Yarıda qalmış həyat | Girl, Interrupted | Lisa Rov | [42] | ||
2000 | 60 saniyəyə qaçırmaq | Gone in 60 Seconds | Sara "Svey" Veyland | [43] | |
2001 | Lara Kroft: Sərdabələr oğrusu | Lara Croft: Tomb Raider | Lara Kroft | [44] | |
Yoldan çıxarma | Original Sin | Cuila Rassell | [45] | ||
2002 | Həyat və ya ona bənzər bir şey | Life or Something Like It | Lani Kerriqan | [46] | |
2003 | Lara Kroft: Sərdabələr oğrusu. Həyatın beşiyi | Lara Croft: Tomb Raider – The Cradle of Life | Lara Kroft | [47] | |
Hüdudda | Beyond Borders | Sara Cordan | [48] | ||
2004 | Həyatı alarkən | Taking Lives | İlliana Skott | [49] | |
Sualtı dostlar | Shark Tale | Lola (səs) | [50] | ||
Səma Kapitanı və gələcəyin dünyası | Sky Captain and the World of Tomorrow | Frenki Kuk | [51] | ||
Hərarət | The Fever | İnqilabçı | Cameo | [52] | |
İsgəndər | Alexander | Olimpiada | [53] | ||
2005 | Fəaliyyət ulduzunun etirafları | Confessions of an Action Star | Özü | Cameo | [54] |
Mister və missis Smit | Mr. & Mrs. Smith | Ceyn Smit | [55] | ||
2006 | Saxta tovlama | The Good Shepherd | Marqaret "Kolver" Rassell Vilson | [56] | |
2007 | Onun ürəyi | A Mighty Heart | Mariana Pörl | [57] | |
Beovulf | Beowulf | Qrendelin anası | [58] | ||
2008 | Kunq-fu Panda | Kung Fu Panda | Usta pələng (səs) | [59] | |
Son dərəcə təhlükəli | Wanted | Foks | [60] | ||
Dəyişmə | Changeling | Kristin Kollinz | [61] | ||
2010 | Solt | Salt | Evelin Solt | [62] | |
Turist | The Tourist | Eliz Klifton-Vord | [63] | ||
2011 | Kunq-fu Panda 2 | Kung Fu Panda 2 | Usta pələng (səs) | [64] | |
Kunq-fu Panda: Ustanın sirrləri | Kung Fu Panda: Secrets of the Masters | Usta pələng (səs) | [65] | ||
2014 | Malefisenta | Maleficent | Malefisenta | [66] | |
2015 | Dənizin kənarında | By the Sea | Vanessa | [67] | |
2016 | Kunq-fu Panda 3 | Kung Fu Panda 3 | Usta pələng (səs) | [68] | |
2019 | Malefisenta: Şər məşuqəsi | Maleficent: Mistress of Evil | Malefisenta | [69] | |
2020 | Piter Pen və Alisa möcüzələr ölkəsində | Come Away | Roz Littleton | [70] | |
Tək və əvəzolunmaz Ayvan | The One and Only Ivan | Stella (səs) | [71] | ||
2021 | Mənə ölüm arzulayanlar | Those Who Wish Me Dead | Hanna Faber | [72] | |
Əbədilər | Eternals | Tena | [73] |
İl | Azərbaycan dilində adı | Orijinal adı | Rol | Qeyd | İst. |
---|---|---|---|---|---|
1997 | Həqiqi qadınlar | True Women | Corciya Lovş Vuds | Telefilm | [74] |
Corc Volles | George Wallace | Kornelia Volles | Telefilm | [75] | |
1998 | Cia | Gia | Cia Karanci | Telefilm | [76] |
2010 | Kunq-fu Panda bayramı | Kung Fu Panda Holiday | Usta Pələng (səs) | Xüsusi serial | [77] |
İl | Videooyun | Rol | Qeyd | İst. |
---|---|---|---|---|
2004 | The Flying Legion Air Combat Challenge | Kapitan Franki Kuk | Arxiv görüntülər | [78] |
İl | Mahnı | Müğənni | Albom | İst. |
---|---|---|---|---|
1991 | "Alta Marea (Don't Dream It's Over)" | Antonello Venditti | Benvenuti in Paradiso | [79] |
"Stand by My Woman" | Lenni Kraviç | Mama Said | [80] | |
1992 | "Wonderin" | Widespread Panic | Everyday | [80] |
1993 | "Everyday" | The Lemonheads | Come on Feel the Lemonheads | [80] |
"Rock and Roll Dreams Come Through" | Mit Louf | Bat Out of Hell II: Back into Hell | [80] | |
1997 | "Anybody Seen My Baby?" | The Rolling Stones | Bridges to Babylon | [80] |
2003 | "Did My Time" | Korn | Take a Look in the Mirror | [81] |
İl | Filmin Azərbaycan dilində adı | Filmin orijinal adı | Fəaliyyəti | Qeyd | İst. | ||
---|---|---|---|---|---|---|---|
Rejissor | Prodüser | Ssenarist | |||||
2005 | Tradell | Trudell | Yox | İcraçı | Yox | Sənədli film | [82] |
2007 | Zamanda bir yer | A Place in Time | Hə | Yox | Yox | Sənədli film | [83] |
2011 | Qan və Bal diyarında | In the Land of Blood and Honey | Hə | Hə | Hə | [84] | |
2014 | Difret | Difret | Yox | İcraçı | Yox | [85] | |
Malefisenta | Maleficent | Yox | İcraçı | Yox | [66] | ||
Məğlub olmayan | Unbroken | Hə | Hə | Yox | [86] | ||
2015 | Dənizin kənarında | By the Sea | Hə | Hə | Hə | [87] | |
2017 | Əvvəlcə atamı öldürdülər | First They Killed My Father | Hə | Hə | Hə | [88] | |
Satıcı | The Breadwinner | Yox | İcraçı | Yox | [89] | ||
2019 | Təsadüf | Serendipity | Yox | İcraçı | Yox | Sənədli film | [90] |
Malefisenta: Şər məşuqəsi | Maleficent: Mistress of Evil | Yox | Hə | Yox | [91] | ||
2020 | Tək və əvəzolunmaz Ayvan | The One and Only Ivan | Yox | Hə | Yox | [92] |