Andre Şinyaşiki (11 iyun 1997[1], San Paulo) — sonuncu dəfə "Neftçi"də çıxış etmiş braziliyalı futbolçu.
Andre Şinyaşiki | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | 11 iyun 1997(1997-06-11)[1] (27 yaş) | ||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Təhsili | |||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
Şinyaşiki peşəkar karyerasına 2017-ci ildə ABŞ-nin "Kolorado Rapids U-23" komandasında başlamışdır.[2][3] 2019-cu ildə əsas komandaya keçmiş və 2 mart 2019-cu ildə "Portlend Timbers" klubuna qarşı oyunun 94-cü dəqiqəsində ilk qolunu vurmuşdur.[4] 2019-cu ildə MLS-də İlin Gənc Oyunçusu seçilmişdir. 2022-ci ilin mayında "Şarlotta" klubuna transfer olmuşdur.[5] Klubda keçirdiyi 26 oyunda 6 qol vurmuşdur.
2023-cü ilin mayında Azərbaycanın "Neftçi" klubuna keçmişdir. Klubda keçirdiyi 38 oyunda 5 qol vurmuşdur. 26 noyabr 2024-cü ildə klub ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmişdir.[6]
Şinyaşiki ata tərəfdən yaponəsilli, ana tərəfdən italyanəsillidir.[7] Atası Robert Şinyaşiki braziliyalı psixiatr və müəllifdir.[8]