. Love.az

Anika Boskovic - Wikipedia - Love.az

Ana Səhifə - Anika Boskovic

Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı.

Anika Boşkoviç
Doğum tarixi 3 dekabr 1714(1714-12-03) və ya 1714[1]
Doğum yeri
  • Dubrovnik Respublikası
Vəfat tarixi 13 avqust 1804(1804-08-13) və ya 1804[1]
Vəfat yeri
  • Dubrovnik, Dubrovnik Respublikası
Fəaliyyəti şair, yazıçı

Haqqında

redaktə

O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir.[2] "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir.

Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi. Atası Nikola Boşkoviç isə mənşəcə Orahov Do-dan olanbosniyalı tacir idi. Qardaşı Rocer Jozef Boşkoviç tanınmış fizik, astronom, riyaziyyatçı, filosof, diplomat, şair, ilahiyyatçı, yezuit priyesti və erudit idi.[3] Digər qardaşları Latinist Baro Boşkoviç və şair Petar Boşkoviç Raqusa mədəniyyətinə öz töhfəsini veriblər. Anika Boşkoviçin müasirləri Mariya Bettera-Dmitroviç, Lukretsiya Boqaşinoviç və Dositey Obradoviç idi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #121823849 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ Petaković, Stanko. "Anica Bošković Arxivləşdirilib 2015-02-14 at the Wayback Machine". Knjizenstvo, theory and history of women's writing in Serbian until 1915.
  3. ↑ Biography: Roger Joseph Boscovich Arxivləşdirilib 2010-11-27 at the Wayback Machine, S.J., Fairchild University website.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anika_Boşkoviç&oldid=6626669"
LOVE.AZ