. Love.az

Ankara Universitetinin Baytarliq Fakultesi - Wikipedia - Love.az

Ana Səhifə - Ankara Universitetinin Baytarliq Fakultesi

Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir.[1] 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur.[2]

Ankara Universitetinin Baytarlıq Təbabəti fakültəsi
Dövlət tədqiqat universitetinin fakültəsi
Loqonun şəkli

Yaradılma tarixi 1842
Dekan Prof.Dr. Necmettin Ünal
Yerləşməsi
39°57′27″ şm. e. 32°51′43″ ş. u.HGYO
Ölkə Türkiyə
Şəhər Ankara
Digər məlumatlar
Sayt veterinary.ankara.edu.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarix
  • 2 Təsvir
  • 3 Kafedralar
    • 3.1 Təməl Baytarlıq Elmləri
    • 3.2 Preklinik Elmlər
    • 3.3 Klinik Elmlər
    • 3.4 Qida gigiyenası və texnologiyası
    • 3.5 Heyvandarlıq və heyvanların qidalanması
  • 4 Heyvan Xəstəxanası
  • 5 Muzey
  • 6 Jurnal
  • 7 Həmçinin bax
  • 8 İstinadlar
  • 9 Xarici keçidlər

Tarix

redaktə
 

Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır.[3] Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir.[4] Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır.[5] 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur.[6]

Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir.[7]

Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir.[8]

Təsvir

redaktə

Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.[9]

Kafedralar

redaktə

Təməl Baytarlıq Elmləri

redaktə
  • Anatomiya kafedrası
  • Biokimya kafedrası
  • Histologiya-embriologiya kafedrası
  • Fiziologiya kafedrası
  • Baytarlıq tarixi və deontologiya kafedrası


Preklinik Elmlər

  • Farmakologiya və toksikologiya kafedrası
  • Mikrobiologiya kafedrası
  • Parazitologiya kafedrası
  • Patologiya kafedrası
  • Virusologiya kafedrası


Klinik Elmlər

  • Cərrahiyyə kafedrası
  • Mamalıq və ginekologiya kafedrası
  • Daxili xəstəliklər kafedrası
  • Reproduksiya və süni mayalanma kafedrası

Qida gigiyenası və texnologiyası

  • Qida gigiyenası və texnologiyası kafedrası

Heyvandarlıq və heyvanların qidalanması

  • Biostatistika kafedrası
  • Genetika kafedrası
  • Heyvanların qidalanması və qidalanma xəstəlikləri kafedrası
  • Heyvan sağlamlığı iqtisadiyyatı və idarəetmə kafedrası
  • Heyvan elmləri kafedrası

Heyvan Xəstəxanası

redaktə
 

Heyvan Xəstəxanasının binası 1933-cü ildə Ali Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinin binası olaraq tikilmişdir. Xəstəxana mədəni irs siyahısına daxil edilmiş və 2015-2017-ci illərdə restavrasiya edildikdən sonra Türkiyənin ən böyük heyvan xəstəxanalarından biri kimi xidmət göstərməkdədir. Xəstəxana ildə təxminən 40000 xırda və iri heyvana xidmət göstərir.[10]

Muzey

redaktə
 

2013-cü ildə fakültə binasında Baytarlıq Anatomiyası Muzeyi açılmışdır. Muzeydə 1933-cü ildən etibarən təhsil və sərgiləmə məqsədilə toplanmış müxtəlif nümunələr nümayiş etdirilir.

Jurnal

redaktə

Ankara Universitetinin “Baytarlıq Jurnalı” 1954-cü ildən etibarən rüblük nəşr olunmaqdadır. Jurnalda baytarlıq, heyvan elmləri və zoologiya ilə bağlı mövzularda məqalələr dərc olunmaqdadır. Jurnal 2007-ci ilin aprel ayından etibarən SCIE- Genişləndirilmiş Elmi Sitatlaşma İndeksinə daxil edilmişdir.

Həmçinin bax

redaktə
  • Ankara Universiteti

İstinadlar

redaktə
  1. ↑ "Tarihçe". Veteriner Fakültesi (türk). 25 may, 2005-ci il tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.
  2. ↑ Özen, Rahsan; Özen, Abdullah. "Veterinary Education in Turkey". Journal of Veterinary Medical Education. 1 iyun 2006. 187–196. doi:10.3138/jvme.33.2.187. İstifadə tarixi: 10 noyabr 2022.
  3. ↑ "Türkiye'de Veteriner Hekimliği Eğitim Ve Öğretiminin Tarihçesi" (türk). 2013-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.
  4. ↑ "Veteriner Hekimliği Tarihi" (PDF). 2021-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 noyabr 2022.
  5. ↑ "Okulumuzun Tarihçesi ve Tanıtımı". Selimiye Mesleki ve Teknik Anadolu Lisesi web sitesi. 2019-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.
  6. ↑ "Ankara Yüksek Ziraat Enstitüsü'nün Kuruluşu ve Veteriner Hekim Öğretiminin Bu Kurumdaki On Beş Yıllık Tarihi" (PDF). dspace.ankara.edu.tr. Ankara Üniversitesi Veterinerlik Fakültesi dergisi cilt 8 sayı 1'den ayrıbasım. 2018-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 noyabr 2022.
  7. ↑ "Osmanlı'dan Cumhuriyet'e Veteriner Hekimlik Eğitimi: Bir Mektup Analizi". Kocatepe Veterinary Journal, Yıl: 2017 , Cilt 10: Sayı: 2. 2020-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.
  8. ↑ "AKREDİTE PROGRAMLAR". www.vedek.org.tr. 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.
  9. ↑ Sabah, Daily. "Animal hospital in Turkish capital serves thousands every year". Daily Sabah. 28 aprel 2022. 2022-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.
  10. ↑ "Ankara Üniversitesi Veteriner Fakültesi Hayvan Hastanesi". Veteriner Fakültesi (türk). 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2022.

Xarici keçidlər

redaktə
  • AÜ Veteriner Fakültesi Dergisi Arxivləşdirilib 2021-01-12 at the Wayback Machine.
  • AÜ Veteriner Fakültesi Veteriner Kardiyoloji Birimi Arxivləşdirilib 2021-02-19 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ankara_Universitetinin_Baytarlıq_fakültəsi&oldid=7986428"
LOVE.AZ