. Love.az

Anqstremler - Wikipedia - Love.az

Ana Səhifə - Anqstremler

Anqstremlər, Onqströmlər (Ångström) – İsveç alimləri ailəsi, ata, oğul, nəvə.

Anders Yonas Anqstrem
Anders Jonas Ångström
Doğum tarixi 13 avqust 1814
Doğum yeri İsveç, Löqdö
Vəfat tarixi 21 iyun 1874 (59 yaşında)
Vəfat yeri İsveç, Upsala
Vətəndaşlığı İsveç İsveç
Milliyyəti isveç
Elm sahəsi fizika
Elmi dərəcəsi professor

Mündəricat

  • 1 Anders Yonas Anqstrem
  • 2 Knut Yuxan Anqstrem
  • 3 Anders Knutson Anqstrem
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Anders Yonas Anqstrem

redaktə

A. Y. Anqstrem – fizik, Upsala universitetinin professoru (1958). Böyük dəqiqliklə Günəş spektri xətlərinin dalğa uzunluqlarını ölçmüş və onların ilk müfəssəl atlasını tərtib etmişdir. 10–10 m-bərabər olan uzunluq vahidinə onun ad verilmişdir.

Knut Yuxan Anqstrem
Knut Johan Ångström
 
Doğum tarixi 12 yanvar 1857
Doğum yeri İsveç, Upsala
Vəfat tarixi 4 mart 1910 (53 yaşında)
Vəfat yeri İsveç, Upsala
Vətəndaşlığı   İsveç
Milliyyəti isveç
Elm sahəsi geofizika
Elmi dərəcəsi professor

Knut Yuxan Anqstrem

redaktə

K. Y. Anqstrem — geofizik, İsveç Kral Elmlər Akademiyasının üzvü (1893), Upsala universitetinin professoru (1896). O, infraqırmızı şüaların müxtəlif maddələr tərəfindən udulmasını tədqiq etmiş, kompensasiyalı pirheliometr və pirheometr yaratmışdır.

Anders Knutson Anqstrem
Anders Knutson Ångström
Doğum tarixi 28 fevral 1888
Doğum yeri İsveç, Stokholm
Vəfat tarixi 1978
Vəfat yeri İsveç, Stokholm
Vətəndaşlığı   İsveç
Milliyyəti isveç
Elm sahəsi geofizika

Anders Knutson Anqstrem

redaktə

A. K. Anqstrem – geofizik, İsveç Kral Elmlər Akademiyasının üzvü (1948). İsveç hava bürosunun başçısı (1940-cı ildən), Stokholmda Meteorologiya və Hidrologiya İnstitutunun direktoru (1949–54cü illər) olmuşdur. Yerin şüasaçma intensivliyini müəyyən etmək üçün empirik düstur çıxarmış, piranometr quraşdırmış, Günəş sabitinin və Günəş aktivliyinin dəyişməsinin tədqiq etmişdir.[1]

Xarici keçidlər

redaktə
  • Anders Jonas Ångström

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 516. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anqstremlər&oldid=6644232"
LOVE.AZ