Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir.
Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir.
Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Assembler proqram dilində yazılır.
Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür:
Viruslarla mübarizə proqramlarının bir neçə növü var — skanerlər (başqa adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar və immunizatorlar.
İlk antivirus proqramları 1984-cü ildə Andi Hopkins tərəfindən yazılmış CHK4BOMB və BOMBSQAD utilitləri hesab olunur. CHK4BOMB yüklənən modulları təhlil etməyə imkan verirdi və bütün mətn məlumatlarını və koddakı "şübhəli" yerləri aşkarlayırdı. Sadə və səmərəli olmasına görə CHK4BOMB önəmli populyarlıq qazandı.
Virus siqnaturası – konkret virusun hər bir surəti üçün ümumi olan və virusu aşkarlamaq üçün antivirus proqramında istifadə edilə bilən unikal proqram kodları.[2]