. Love.az

Anustekin - Wikipedia - Love.az

Ana Səhifə - Anustekin

Anuştəkin Ğarçai - Xarəzmşahlar dövlətinin dördüncü sülaləsini quran türkmən hökmdar.

Anuş Təkin Ğarçai
نوشتکین غرچه
Xarəzm hakimi
1077 – 1097
ƏvvəlkiYeni vəzifə
SonrakıQütbəddin Məhəmməd
Şəxsi məlumatlar
Doğum tarixi XI əsr
Vəfat tarixi 1097
Fəaliyyəti siyasətçi
Uşağı Qütbəddin Məhəmməd
Dini İslam

Həyatı

redaktə

Anuştəkinin adı ilk dəfə 1073-cü ildə Məlikşahın hakimiyyəti dövründə çəkilir. Əfqanıstanın Ğarçistan adlanan indiki Həzəracat bölgəsində Səlcuq sərkərdəsi Gümüştəkin Bilgə bəy tərəfindən satın alınmış bir qulam idi. Bəzi tədqiqatçıları onu Xələc və ya Çığıl[1], bəziləri isə (məs. Zəki Vəlidi Toğan) Qıpçaq, Qanqlı və ya Uyğur sayır.[2]

Səlcuq sarayında Məlikşahın təstdarı, yəni dəsmal tutanı olmuş, sonra Xarəzm valiliyinə göndərilmişdi. 1097-ci ildə öldüyü güman edilir.[3]

İstinadlar

redaktə
  1. ↑ I. Kafesoğlu, Sultan Melikşah devrinde Büyük Selçuklu imparatorloğu, Istanbul, 1953, səh. 20, 145.
  2. ↑ Zeki Velidi Togan - Harezm
  3. ↑ Iranica - ANŪŠTIGIN ḠARČAʾĪ Arxivləşdirilib 2022-06-20 at the Wayback Machine

Xarici keçidlər

redaktə
  • Azərbaycan Tarixi Portalı :З.М. Буниятова Государство хорезмшахов-ануштегинидов 1097-1231 г.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Anuştəkin&oldid=7850657"
LOVE.AZ