. Love.az

Aolotripidler - Wikipedia - Love.az

Ana Səhifə - Aolotripidler

Aolotripidlər fəsiləsi-(lat. Aeolothripidae) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.

Aolotripidlər
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Aolotripidlər
Beynəlxalq elmi adı
  • Aeolothripidae[1][2]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  103350
NCBI  38132
EOL  7428
FW  193621

Mündəricat

  • 1 Xarici görünüşü
  • 2 Həyat tərzi
  • 3 Yayılması
  • 4 Təsnifatı
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat
  • 7 Xarici keçidlər
  • 8 Həmçinin bax

Xarici görünüşü

redaktə

Bığcıqları 9 buğumludur. Qabaq qanadları enli, ucları dəyirmidir, 2 uzununa, 4-5 köndələn damarı vardır. Arxa qanadlar zəif ifadə olunmuş uzununa damarlıdır. Qabaq qanadın ön kənarında kirpikciklər yoxdur. Yumurtaqoyan yuxarıya əyilmişdir.[3] Erkəyin qarıncığının uc seqmentlərində dişiciklər və ya buynuzabənzər törəmələr vardır. Sürfələrin bığcığı 7 buğumludur, 3-cü və 7-ci buğumlar köndələn şırımlarla ayrılmışdır, bığcığın son buğumu mil şəklində uzanmamışdır. Sürfənin ayaqları dartılmışdır. I yaş sürfəsinin qarıncığının IX seqmenti dişciksiz, II yaş sürfəsində isə 4 dişciklidir.[3]

Həyat tərzi

redaktə

Aelothripinae yarımfəsiləsinin növləri yırtıcı olub, gənələri və xırda cücüləri məhv edir. Mədəni və yabanı ot bitkilərində yaşayaraq cücülərin və gənələrin yumurtalarını məhv edir.

Yayılması

redaktə

MDB-də 17 növ, Azərbaycanda 7 növü vardır. Naxçıvan MR-də, Qarabağda və Azərbaycanın başqa zonalarında geniş yayılmışdır. Melanothrips fuscus L.[3]

Təsnifatı

redaktə
  • Aelothrips (Cinsi)
    • Melanothrips fuscus L.
    • Ae.fasciatus L.
    • Ae.propingus Bagn.
    • Ae.intermedius Bagn.
    • Ae.nobilis Priesner
    • Ae.priesneri Kneckt.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
  2. ↑ Mound L. A. Order Thysanoptera Haliday, 1836. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 201–202. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. ↑ 1 2 3 Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Ədəbiyyat

redaktə
  • Azərbayvcanın heyvanlar aləmi, II cild. Bakı, Elm, 2004

Xarici keçidlər

redaktə
  • Thripidae

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aolotripidlər&oldid=7069326"
LOVE.AZ