. Love.az

Aoqasima Ada - Wikipedia - Love.az

Ana Səhifə - Aoqasima Ada

Aoqaşima (yap. 青ヶ島) — Filippin dənizində yerləşən vulkanik ada.[3][4] İzu adalar qrupunun ən cənubunda yerləşən və ən çox təcrid olunmuş adasıdır.

Aoqaşima
Ümumi məlumatlar
Sahəsi
  • 5,96 ± 0,01 km² (2021)[1][2]
Uzunluğu
  • 3,5 km
Eni 2,5 km
Əhalisi
  • 170 nəf. (2019)
Yerləşməsi
32°27′28″ şm. e. 139°45′33″ ş. u.HGYO
Ölkə
  •  Yaponiya
Aoqaşima xəritədə
Aoqaşima
Aoqaşima
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Tarixi
  • 3 İstinadlar
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər

Coğrafiyası

redaktə

Ada Tokiodan 350 km cənubda və Haçicocima adasından 64 km cənubda yerləşir. Adanın uzunluğu 3,5, eni isə 2,5 km-dir. Sahil xəttinin uzunluğu 9 km-dir. Adada eyni adlı vulkan yerləşir.

Aoqaşima Tokio prefekturasının Haçiço inzibati rayonunun bir hissəsidir. Adanın inzibati mərkəzi Aoqaşima kəndidir. Ada Fuji-Hakone-İzu Milli Təbiət Qoruğunun bir hissəsidir.

Tarixi

redaktə

Aoqaşimanın məskunlaşma tarixi dəqiq məlum deyil. Adanın əhalisinin əksəriyyətini yaponlar təşkil edir. 1652-ci və 1670-1680-ci illərdə vulkanik aktivliyin qeydə alındığı Edo dövrünün rəsmi qeydlərində Aoqaşimanın adı çəkilir. 1780-ci ilin iyulunda və 1871-ci ilin mayında baş verən zəlzələlər adadakı vulkanın püskürməsinə səbəb oldu. Həmçinin 1785-ci ildə baş verən kütləvi püskürmə zamanı adanın 327 sakinindən təxminən 130-140 nəfəri həlak olmuşdur.

İstinadlar

redaktə
  1. ↑ http://www.gsi.go.jp/KOKUJYOHO/MENCHO-title.htm.
  2. ↑ https://www.gsi.go.jp/KOKUJYOHO/MENCHO/backnumber/GSI-menseki20210101.pdf. Geospatial Information Authority of Japan. S. 84.
  3. ↑ Gotoh, H. et al. (2010). "Infrastructure Maintenance and Disaster Prevention Measures on Isolated Islands: the Case of the Izu Islands near Tokyo" Arxivləşdirilib 2023-10-22 at the Wayback Machine in Island Sustainability (Favro, S., editor), p. 187.
  4. ↑ Nussbaum, Louis-Frédéric. (2005). "Izu Shotō," Japan Encyclopedia, p. 412.

Həmçinin bax

redaktə
  • Yaponiya adalarının siyahısı

Xarici keçidlər

redaktə
  • Aoqaşima kəndinin rəsmi saytı
  • Aoqaşima - Yaponiya Meteorologiya Agentliyi  (yap.)
  • "Aogashima: National catalogue of the active volcanoes in Japan" (PDF). - Yaponiya Meteorologiya Agentliyi
  • Aogashima - Geoloji tədqiqat
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aoqaşima_(ada)&oldid=7350858"
LOVE.AZ