. Love.az

Aqil Iman - Wikipedia - Love.az

Ana Səhifə - Aqil Iman
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 24 gün əvvəl Gadir (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Hacıyev İman Həsən oğlu (1 dekabr 1958, Daşkənd, Basarkeçər rayonu – 29 avqust 1996, Yeni Daşkənd, Bərdə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan şairi.[1]

Aqil İman
İman Həsən oğlu Hacıyev
Aqil İman
Aqil İman
Doğum adı İman
Təxəllüsü Aqil
Doğum tarixi 1 dekabr 1958
Doğum yeri Daşkənd, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 29 avqust 1996 (37 yaşında)
Vəfat yeri Yeni Daşkənd, Bərdə rayonu, Azərbaycan
Vəfat səbəbi ürək dayanması
Dəfn yeri
  • Yeni Daşkənd
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Tamara Bayramova
Uşaqları Qılman, Orxan
Atası Həsən Xəyallı
Anası Həmayıl Abuzər qızı
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
İxtisası Mühəndis
Fəaliyyəti mühəndislik, şairlik
Fəaliyyət illəri 1984–1996
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət şeir
Janrlar qoşma, gəraylı, təcnis, qəzəl

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Yaradıcılığı
  • 4 Haqqında yazılan məqalələr
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Aqil İman 1 dekabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olub[2].

Orta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində оxumuşdur. 1976-cı ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981–1983-cü illərdə Tambov şəhərində hərbi xidmətdə olmuşdur[3].

1984-cü ildən 1986-cı ilə qədər "Yevlax Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Beton Məmulatları Zavodunda mühəndis işləmişdir[4].

1993-cü ildə Kəlbəcər–Ağdərə döyüşlərində könüllü iştirak etmişdir.

Aqil İman 29 avqust 1996-cı ildə ürək dayanmasından vəfat etmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kəndindədir[5].

Ailəsi

redaktə

Ailəli idi. İki oğlu var.

Şair–publisist Qılman İmanın atasıdır.[6]

Yaradıcılığı

redaktə

Şeirləri "Sovet Ermənistanı", "İnşaatçı" və "Sovet kəndi" qəzetlərində işıq üzü görmüşdür. Zəngin yaddaşı, rəvan təbi, səlis danışıqı, şirin natiqliyi ilə el məclislərində masabəyi kimi məclisləri yola salmışdır.

Aqil İmanın 2015-ci ilin yanvar ayında "Bu dünya görüş yeridi" adlı kitabı (224 səh.) "OL" nəşriyyatında (ISBN 978-9952-494-40-2) çap olunmuşdur. Kitabının redaktoru və ön söz müəllifi tənqidçi Əsəd Cahangirdir. Kitabda Aqil İmanın müxtəlif illərdə yazdığı şeirləri və onun haqqında qələm adamlarının mətbuatda çap olunmuş məqalələri toplanmışdır.[7]

Haqqında yazılan məqalələr

redaktə
  • Fərid Hüseyn, "Qumarda oynamayan udurmuş", Ulduz jurnalı, № 6, 2011.
  • Ziyad Quluzadə, "Payız adamı", "Üç nöqtə" qəzeti, 5 noyabr 2011-ci il.
  • Eldar İsmayıl, "Göyçənin İmanı, İmanın Göyçəsi", "Kaspi" qəzeti, 19 noyabr 2011-ci il.
  • Mütəllim Həsənov, "Durnalar lələk salan yerdə", Bütöv Azərbaycan qəzeti, № 25(64), 30 iyun 2010-cu il.
  • Rizvan Nəsiboğlu, "Aqillərin İmanı", "Kaspi" qəzeti, № 109(1816), 25 iyun 2008-ci il.
  • Eldar Həsənli, "Aqil İman", "Azadlıq və hüquq" qəzeti, № 01(01), sentyabr 2004-cü il.
  • Araz Yaquboğlu, "Eldən gedən el şairi", "Qərbi Azərbaycanın səsi" qəzeti, № 06(12), 11 iyul 2008-ci il.
  • Telman Hüseyn "Səsin sehri", Bütöv Azərbaycan qəzeti. № 04. 18 noyabr 2008-ci il.
  • Maşallah Xudubəyli. "Yarımçıq ömrün yadigar qafiyələri", "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.159–164
  • Məcnun Göyçəli. "Yaralı şeirlərin həzin pıçıltıları". Bizim söz qəzeti, № 7(14), 15 oktyabr 2010-cu il.

İstinadlar

redaktə
  1. ↑ Niftalı Göyçəli. "AQİL İMAN - Göyçə ünlü, ustad dilli, böyük şair..." (az.). davam.az. 10.03.2015. İstifadə tarixi: 2016-01-18.
  2. ↑ Sərraf Şiruyə, "Tərtərin yaralı cəngavərləri". "Hüquq ədəbiyyatı"-2006, ("Şair təbli döyüşçü" məqaləsi) səh.166–167.
  3. ↑ Araz Yaquboğlu, Bir kökün budaqları, Bakı, "Nurlan", 2006. səh.109–122.
  4. ↑ Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
  5. ↑ Aqşin Hacızadə. Tanrı bizi bağışlamaz. Bakı, "Elm və təhsil"-2010.
  6. ↑ Çinarə Böyükçöl, Kəramət Böyükçöl. "Anam evlənmək üçün atama qız axtarırdı... – Şair oğlu" (az.). teleqraf.com. 2017-10-30. 2017-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-30.
  7. ↑ "Aqil İmanın şeirlər kitabı çap olunub" (az.). kult.az. 23 Yanvar 2015. 2015-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-23.

Xarici keçidlər

redaktə
  • "AQİL İMAN- Şeirləri…" (az.). dokkuziklim.net. 26 Ağustos 2014 22:49. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-27.
  • Savalan Talıblı. "Aqil İman ("El havası", 23.11.2013)". Azərbaycan radiosu (az.). youtube.com. 23.11.2013. İstifadə tarixi: 2014-08-27.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aqil_İman&oldid=8123184"
LOVE.AZ