Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Aqil Məhiyəddin oğlu Əsədov (2 noyabr 1976, Başlıbel, Kəlbəcər rayonu) — iqtisad elmləri doktoru, dosent
Aqil Əsədov | |
---|---|
Doğum tarixi | 2 noyabr 1976(1976-11-02) (48 yaş) |
Doğum yeri | |
Elm sahəsi | İqtisadiyyat |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru |
Elmi adı | dosent |
Təhsili |
Aqil Əsədov 02 noyabr 1976-cı il tarixdə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 1982-ci ildə Başlıbel kənd orta məktəbinə qəbul olunaraq 1993-cü ildə həmin məktəbi bitirib. 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) "Mühəndis biznesi və menecment" fakültəsini bitirərək "Mühəndis iqtisadiyyatı və idarəetmə" ixtisası üzrə bakalavr dərəcəsi alıb. 1997–1999-cu illərdə AzTU-nun magistraturasında təhsilini davam etdirərək, "İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi (nəqliyyat)" ixtisası üzrə magistr dərəcəsi alıb. 2008–2018-ci illərdə Azərbaycan Universiteti, UNEC, Bakı Biznes və Kooperasiya Universitetlərində pedaqoji fəaliyyət göstərib.
2005–2008-ci illərdə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin (indiki İqtisadiyyat nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) "Analitik təhlil" şöbəsində aparıcı mütəxəssis, aparıcı elmi işçi və şöbə müdiri vəzifəsinin icraçısı işləyib. 2008-ci ilin sentyabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük elmi işçi, 2009-cu ildən 2018-ci ilin iyul ayınadək İnstitutun "Xidmət sahələrinin inkişaf problemləri" şöbəsinin müdiri vəzifəsində çalışıb. 2011–2014-cü illərdə İnstitutun "Gənc alim və mütəxəssislər Şurası"nın sədri, İnstitut Elmi Şurasının, Dissertasiya Şurasının üzvü və yerli həmkarlar təşkilatının büro üzvü olub. 05 iyul 2018 – 08 sentyabr 2021-ci illər ərzində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində "Təbliğat, informasiya və analitik təhlil" şöbəsinin müdiri vəzifəsində çalışıb. 09 sentyabr 2021 – 26 sentyabr 2022-ci illər ərzində Azərbaycan Universitetinin və Bakı Avrasiya Universitetinin dosenti işləyib. 27 sentyabr 2022-ci ildən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Strateji planlaşdırma və inkişaf" Departamentinin rəhbəri vəzifəsində çalışır. Eyni zamanda, Milli Aviasiya Akademiyasının dosentidir.
A. Əsədov 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetində aspirant olub. Aspirant olduğu müddətdə "Avtomobil nəqliyyatının infrastruktur sahələrinin iqtisadi inkişafının təkmilləşdirilməsi istiqamətləri" mövzusu üzrə dissertasiya işini yerinə yetirərək, 2005-ci ildə uğurla müdafiə edib, "08.00.05 — Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi" ixtisası üzrə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 2011-ci ildə isə dosent elmi adı alıb. 18 may 2022-ci ildə "Azərbaycanda yeni nəqliyyat sisteminin formalaşması və davamlı inkişafının təmin olunması problemləri" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 noyabr 2022-ci il tarixli qərarı ilə A. Əsədova "Sahə iqtisadiyyatı" ixtisasında iqtisad elmləri doktoru elmi dərəcəsi verilib.