Aqil Cəfər Xəndan oğlu Hacıyev (10 avqust 1947, Şuşa, DQMV – 14 fevral 2019, Bakı) — klassik rus ədəbiyyatı kafedrasının müdiri (1984), professor (1984).
Aqil Hacıyev | |
---|---|
![]() | |
Doğum tarixi | 10 avqust 1947(1947-08-10) |
Doğum yeri |
|
Vəfat tarixi | 14 fevral 2019(2019-02-14) (71 yaşında) |
Vəfat yeri | |
Atası | Cəfər Xəndan |
Mükafatları |
![]() |
Aqil Hacıyev 10 avqust 1947-ci ildə Şuşa şəhərində Azərbaycan ədəbiyyatşünası, tənqidçisi, şair və tərcüməçi, filologiya elmləri doktoru, professor Cəfər Xəndanın ailəsində anadan olmuşdur. Hacıyev 1954–1965-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1965–1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır.[1][2][3]
Aqil Hacıyev 1970–1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsinin aspirantı olmuşdur. Belə ki, MDU-nin Rus ədəbiyyatı tarixi kafedrasına məqsədli aspiranturaya göndərilmişdir. O, 1973-cü ildə "A.S.Puşkinin "Ərzuruma səyahət əsəri" və "XIX əsrin 20–30-cu illərinin rus oçerki" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1981-ci ildə isə dosent elmi adını almışdır. Hacıyev 1982-ci ildə "Tiflisdə "XX əsr rus ədəbiyatında Şərq" mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.[1][2] 1984-cü ildə professor elmi adını alıb.[2][3]
Aqil Hacıyev 1973–1976-cı illərdə Bakı Dövlət Universitetinin Rus ədəbiyyatı tarixi kafedrasının çalışıb. Burada 1973–1976-cı illərdə müəllim, 1976–1981-ci illərdə baş müəllim, 1981–1984-cü illərdə klassik rus ədəbiyyatı kafedrasının dosenti vəzifələrində çalışıb. O, 1982–1984-cü illərdə Bakı Dövlət Universitetinin Təbiət fakültələri üçün rus dili kafedrasının müdiri, 1984-cü ildən klassik rus ədəbiyyatı kafedrsının müdiri, 1990–1992-ci illərdə isə həmin universitetin Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb.[1][2][3]