Aqneş Keleti (mac. Ágnes Keleti; 9 yanvar 1921[2][3][…], Budapeşt, Macarıstan krallığı[7][5][…] – 2 yanvar 2025[4][5], Budapeşt[5][4][…]) — Macar və yəhudi əsilli idman gimnastı və məşqçi. Olimpiya və dünya çempionu. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir.[10][11] 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçüb[12]
Aqneş Keleti | |
---|---|
Ágnes Klein | |
![]() ![]() | |
Şəxsi məlumatlar | |
Doğum adı | Ágnes Edit Klein |
Ləqəbi | Aggi[1] |
Vətəndaşlığı | |
Doğum tarixi | 9 yanvar 1921(1921-01-09)[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 yanvar 2025(2025-01-02)[4][5] (103 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı[8], ürək çatışmazlığı[9], nəfəs çatışmazlığı[d][9] |
Dəfn yeri |
|
İdman növü | bədii gimnastika, gimnastika[3] |
Karyera illəri | 1958-ci ildə bitib |
Komandası |
Nemzeti TE Bp. Postás TF Haladás Újpesti TE |
![]() |
Keleti yəhudidir[13] və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir.[11][14][15]
Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən 1940 və 1944-cü illərdə keçirilməli olan Olimpiya oyunları təxirə salındı. 1941-ci ildə Arilər tayfasına mənsub olmadığı üçün gimnastika klubundan uzaqlaşdırıldı.[16] Keleti müharibədən sağ çıxmaq üçün gizlənməyə məcbur oldu. Evli qadınların əmək düşərgələrinə cəlb olunmadığı haqqında gəzən söz-söhbətlərə əsaslanaraq 1944-cü ildə İstvan Sarkani ilə ailə həyatı qurdu.[1] Sarkani 1930-cu illərdə gimnastika ilə məşğul olan macar idi. 1950-ci ildə boşandılar. Keleti müharibədən xilas olmaq üçün xristian bir qız olması haqqında kimlik alaraq kiçik bir kənddə qulluqçu kimi xidmət göstərdi. Onun anası və bacısı İsveç diplomat Raul Vallenberqin köməyi ilə gizlənərək xilas oldular. Atası və digər qohumları Auşvitz həbs düşərgəsində almanlar tərəfindən qətlə yetirildilər.[10][11][14][15][16][17] 1944-45-ci illərdə Budapeştin Sovet ordusu tərəfindən mühasirəyə alındığı vaxtlarda Keleti səhərləri erkən yuxudan oyanaraq öldürülən şəxslərin cəsədlərini toplayıb onları kütləvi məzarlığa aparırdı.[1]
Müharibədən sonra Keleti violonçel ifa etməyə başladı və yenidən məşqlərə başladı.[17] 1946-cı ildə ilk dəfə olaraq Macarıstan çempionu oldu. 1947-ci ildə Mərkəzi Avropanın gimnastı titulunu qazandı.[18] 1948-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarında Macarıstanı təmsil etmək üçün seçildi, lakin ayağında olan problemlərə görə oyunlara qoşula bilmədi. 1949-cu ildə keçirilən Dünya Universiteti oyunlarında 4 qızıl, bir gümüş və bir bürünc medal qazandı.[19]
Məşqlərə davam etdi və ilk dəfə 31 yaşında 1952-ci ildə təşkil olunan Yay Olimpiya oyunlarında iştirak etdi. Dörd medal qazandı. 1956-cı ildə Avstraliyanın Melburn şəhərində təşkil edilən Olimpiya oyunlarında 6 medal qazandı. 35 yaşında Keleti idman gimnastikası tarixində medal qazanan ən yaşlı şəxs oldu. 1990-cı illərdə İsrailin Milli Gimnastika komandasında məşqçi kimi fəaliyyət göstərdi. 2005-ci ildən İsrailin Herzliya Pituah ərazisində yaşayıb.
2 yanvar 2025-ci ildə vəfat edib.[20]