Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür.
Arı qaş səhləbi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Arı qaş səhləbi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır. Daxili yarpaqları yaşılımtıl-çəhrayı çalarlı, məxmərvari tüklü 3 damarlıdır. Dodaqcıq enli, oval, məxmərvari 3 dilimlidir.
Çiçəkləməsi aprel-may aylarına təsadüf edir. Aşağı dağ qurşağında meşə talalarında yayılmışdır.
Böyük Qafqazın qərbi (Şəki rayonu Kiş kəndi), Lənkəranın dağlıq hissəsi. BQ qərbi hissəsinin rayonlarında aşağı dağ qurşağında yayılmışdır. Meşə talalarında bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.
Yeganə lokaliteti müşahidə olunur, azalma tendensiyası davam edir.
Antropogen amillər (dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması, otarma və tapdalanma), xüsusi yaşayış mühitinə təkləbkar olması.
Yayıldığı ərazilərın nəzarətə götürulməsi və mütəmadi monitorinqlərin aparılması təklif olunur.