Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır. Sürfələrin və yumurtlama dövründə ana arının yemlənməsinə sərf olunur.[1][2][3][4][5][6]
Arı südünün daha asan və etibarlı üsulu onu elə yığılan kimi istifadə etməkdir. Bu üsulun üstünlüyü odur ki, arı südü təbii halında, heç bir dəyişiklik olmadan istifadə edilir. Belə üsulun çatışmayan cəhəti dozanın qeyri-dəqiq olmasıdır.
Arı südü immuniteti gücləndirir və ömrü uzadır. Bunun sübutu isə, yalnız arı südü ilə qidalanan ana arıdır, çünki normal arılar 45–50 gün yaşayarkən, ana arılar 5 il yaşayır.
Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsilə ifraz edirlər.
Arı südü xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir.
Arı südü mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur.
Sonsuzluq problemində uşaq sahibi olmağı asanlaşdırır.
Arı südü damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır.
Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur.
Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır.
Bundan başqa, arı südü uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını dəstəkləyir.[7]
Axşam və gecə saatlarında arı südü qəbulu məsləhət görülmür.
Saf arı südü profilaktika və bədənin ümumi möhkəmləndirilməsi üçün bir doza 150–180 mq olmaqla gündə 2–3 dəfə, cəmi 500 mq məsləhət görülür.
Südü tam sorulana qədər ağızda saxlamalı. Daha böyük dozalar və müalicə üçün həkimlə məsləhətləşməli.
Balla 100:2 nisbətində qarışdırılmış südün sutkalıq profilaktik dozası 20–25 qramdır. Uşaqlar üçün dozanı 2–3 dəfə azaltmaq lazımdır.
Supermarketlərdə arı südünün hər 2 formada satışına rast gəlmək olar.
Saf arı südü: −18 °C – 1 il, 0 °C – 2 ay. Arı südü işığın təsiri ilə otaq temperaturunda sürətlə parçalanır və öz müalicəvi təsirini itirir. Yaxşı olar ki, arı südü soyuducuda aşağı temperaturada saxlanılsın. İstifadə müddətində hermetik bağlı qabda soyuducuda saxlamalı.