. Love.az

Ariqiran - Wikipedia - Love.az

Ana Səhifə - Ariqiran

Arıqıran (əvvəlki adı: Çiçəkli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqıran kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Gədəbəy rayonunun Çiçəkli kəndinin tarixi adı özünə qaytarılaraq Arıqıran kəndi adlandırılmışdır.[2]

Arıqıran
40°33′18″ şm. e. 45°37′03″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.434 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Arıqıran xəritədə
Arıqıran
Arıqıran
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
    • 2.1 Tanınmış şəxsləri
  • 3 İqtisadiyyatı
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Toponimikası

redaktə
 
Arıqıran kəndinin dağları

Arıqıran/Arqıran/Arıqran kəndi Çətindərə çayının (Zəyəmçayın qolu) sağ sahilində, Haçaqaya dağının (Şahdağ silsiləsi) ətəyindədir. Güman edirlər ki, oykonim həmin ərazidə yaşayan və əsasən həşəratlarla qidalanan arıqıran adlı kiçik quşun adı ilə bağlıdır. 1991-ci ildən Çiçəkli adlandırılmışdır.[3]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2437 nəfər əhali yaşayır.[4]

Tanınmış şəxsləri

redaktə
  • Eyvaz İsgəndərov — ADAU Maşın mühəndisliyi və Standartlaşdırılma kafedrası dosenti, elmlər namizədi.
  • Valeh Cəfərov — kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014).
  • Mahmud Rüstəmov — tibb elmləri doktoru, professor.

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-27.
  3. ↑ Arıqıran // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arıqıran&oldid=7856076"
LOVE.AZ