Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəllüttariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir.
Aralıq dənizi | |
---|---|
![]() Aralıq dənizinin peyk vasitəsilə çəkilmiş fotoşəkli | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi |
|
Həcmi | 3.839.000 km³ |
Dərin yeri | 5.267 m, 1.541 m |
Duzluluğu | 37,75 ± 1,75 ‰ |
Yerləşməsi | |
35° şm. e. 18° q. u.HGYO | |
Ölkələr | |
Üst akvatoriyası | |
Yerləşməsi | Avropa |
![]() |
Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır.
Aralıq dənizi də özü daxilində bir sıra dənizlərə bölünür: Balear dənizi, Liquriya dənizi, Alboran dənizi, İon dənizi, Kipr dənizi, Egey dənizi, Liviya dənizi, Adriatik dənizi, Tirren dənizi.
Dəniz və ya okean ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |