Aranlı (əvvəlki adı: Tatyanovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd.[2][3] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindəki Tatyanovka kəndi Aranlı kəndi adlandırılmışdır.[4] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd Sovetindən Aranlı kəndi Çinarlı kənd Sovetinin tərkibinə verilmişdir.[5]
Aranlı | |
---|---|
39°30′28″ şm. e. 48°33′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
Kəndi XIX əsrin sonlarında Rusiyadan köçürülmüş ailələr salmışlar. 1991-ci ilədək Tatyanovski, Tatyanovka adlandırılmışdır. Oykonim "düzənlikdə yaşayanlar, arandan gələnlər" mənasındadır.[6]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd düzənlikdə yerləşir. İran İslam Respublikası ilə sərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 480 | 245 | 235 |
2009[8] | ↗591 | ↗311 | ↗280 |
Kənddə Aranlı kənd kitabxana filialı fəaliyyət göstərir.[9]
Kənddə Aranlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[10][11]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.