Arayatlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Arayatlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Arayatlı | |
---|---|
39°28′58″ şm. e. 47°22′35″ ş. u.HGYO | |
Ölkə | |
Region | Qarabağ iqtisadi rayonu |
Rayon | Füzuli rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 147 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 026 |
Nəqliyyat kodu | 19 |
Xəritəni göstər/gizlə
|
Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Əhmədalılar bələdiyyəsinin ərazisinə aid edilib[3].
Kəndin adı bəzi mənbələrdə "Oriyadlı" kimi qeyd olunmuşdur.
Arayatlı tayfa adıdır. XII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş tayfalardan (Uryat, Oyrat, Sukait, Kinqut, Curyat, Saray, Calair, Tanqut, Dördbet və s.) Uryat tayfasının adı ilə bağlıdır. Salyan rayonunda Böyük Oriyad və Kiçik Oriyad kənd adları ilə mənşəcə eynidir.
XIX əsrin ortalarında bu kənd "Mustafa Sərkarlı" da adlanmışdır.[4]
Birinci qarabağ müharibədsində Arayatlı kəndi dəfələrlə atəşə məruz qalmışdır.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Arayatlı bələdiyyəsi[5] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 09.09.2020-ci il tarixində qəbul edilmişdir[6].
Arayatlı Bələdiyyəsi (vergi kodu: 7502, statistika kodu: 60604007[7]) 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[8] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[9] uyğun olaraq, Arayatlı Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[10] 18.2-ci bəndinə əsasən: "Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yaradılmışdır.
18.11.2024-cü il tarixli 51-VIIQD nömrəli Qanunla[11] "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edərək, həmin Siyahının "Füzuli rayonu" bölməsinin 4-cü bəndində Arayatlı kəndi Əhmədalılar Bələdiyyəsinin ərazisi kimi göstərilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[12] 18.2-ci bəndinə əsasən "18.2. Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar və Mollaməhərrəmli bələdiyyələrinin əhatə etdiyi Arayatlı, Babı, Əhmədalılar, Qazaxlar, Mirzənağılı və Mollaməhərrəmli kəndlərində Əhmədalılar bələdiyyəsi" yenidən təşkil edilib.
Araz çayının sol sahilindən bir qədər aralı düzənlikdədir. XIX əsrə aid sənədlərdə Mustafa Sərkarlı adı ilə verilir. 1933-cü ildə Arayatılı şəklində qeydə alınmışdır. Belə güman edilir ki, toponim XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş türkdilli uryat tayfasının adını özündə əks etdirir. Etnonim isə türk dillərindəki ara (orta) və yat/yatuq (hərəkət etməyən, oturaq türk) sözlərindən olub "mərkəzdə yerləşən oturaq türklər" deməkdir. Burada -lı şəkilçisi aidlik, mənsubluq ifadə edir.[13]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1043 nəfər əhali yaşayır.[14]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.