. Love.az

Araz Zerger - Wikipedia - Love.az

Ana Səhifə - Araz Zerger

Araz Zərgər — Azərbaycan Respublikasının Füzuli rayonunun Bala Bəhmənli kənd inzibati ərazi dairəsində kənd.[1]

Araz Zərgər
39°34′07″ şm. e. 47°37′18″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Araz Zərgər xəritədə
Araz Zərgər
Araz Zərgər

Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Bala Bəhmənli bələdiyyəsinin ərazisinə aid edilib.

Mündəricat

  • 1 Toponimikası
  • 2 Əhalisi
  • 3 Araz Zərgər Bələdiyyəsi
  • 4 İqtisadiyyatı
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Toponimikası

redaktə

Araz çayının sahilində, Mil düzündədir. Oykonim Araz (hidr.) və Zərgər (etnotoponim) sözlərindən düzəlib, "Araz sahilində Zərgər kəndi" deməkdir. Kəndi r-nun ərazisindəki Zərgər adlı digər kənddən fərqləndirmək üçün Araz sahilində olan bu kənd belə adlandırılmışdır. Kəndin əhalisi 1820-ci ildə Cənubi Azərbaycandan köçürülmüş ailələrdən ibarətdir.[3]

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 482 nəfər əhali yaşayır.[4]

Araz Zərgər Bələdiyyəsi

redaktə

1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Araz Zərgər Bələdiyyəsi[5] təşkil edilib, onun ilk Nizamnaməsi 2000-ci ildə, yeni Nizamnaməsi isə 29.08.2024-cü il tarixində qəbul edilmişdir[6].

Araz Zərgər Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[7] uyğun olaraq yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Araz Zərgər Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Araz Zərgər Bələdiyyəsinin 11.09.2024-cü il tarixli 9 nömrəli Protokolu ilə verilən Qərara əsasən bu Bələdiyyə Bala Bəhmənli Bələdiyyəsi ilə birləşmə niyyətini bildirib[9].

"Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun[10] 18.1-ci bəndinə əsasən "3 №-li Qayıdış, 8 №-li Qayıdış, Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli və Birinci Mahmudlu bələdiyyələrinin əhatə etdiyi 1 №-li Qayıdış, 2 №-li Qayıdış, 3 №-li Qayıdış, 4 №-li Qayıdış, 5 №-li Qayıdış, 6 №-li Qayıdış, 7 №-li Qayıdış, 8 №-li Qayıdış, 9 №-li Qayıdış, 10 №-li Qayıdış, 11 №-li Qayıdış qəsəbələrində və Araz Dilağarda, Araz Zərgər, Bala Bəhmənli, Birinci Mahmudlu kəndlərində Bala Bəhmənli bələdiyyəsi" yaradılmışdır.

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax

redaktə
  • Füzuli rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-03-18.
  3. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  5. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  6. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-06.
  7. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  8. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-05.
  9. ↑ "Facebook". www.facebook.com. İstifadə tarixi: 2024-11-06.
  10. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Araz_Zərgər&oldid=8131269"
LOVE.AZ