. Love.az

Ardic Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Ardic Dagi
Bu adın digər istifadə formaları üçün bax: Ardıc.

Ardıc dağı — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun eyniadlı şaxəsində, Bağırsaqdərəsi çayının yuxarılarının sol sahilində, Günnüt kəndindən 4 km cənub-şərqdə dağ (hünd. 2034,4 m). Üst Permə aid Dəvəölən, Bəysal və Axura lay dəstələrinin əhəngdaşıları və qısmən şistləşmiş gillərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-qərbində müşahidə edilən eyniadlı sinklinal qırışığın nüvə hissəsində yerləşir. Zirvə və yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli çoxsaylı fay və fay-yerdəyişmə qırılmaları izlənilir.[1]

Ardıc dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2034 m
Yerləşməsi
39°44′26″ şm. e. 45°04′03″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Şərur
Ardıc dağı xəritədə
Ardıc dağı
Ardıc dağı

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ardıc_dağı&oldid=7077412"
LOVE.AZ