"Aria" (アリア?) — Yaponiyanın Kodansha nəşriyyatı tərəfindən nəşr olunan keçmiş aylıq şoco və cosey manqası jurnalı.
Aria アリア | |
---|---|
![]() Jurnalın 2010-cu ilin sentyabrında buraxılmış sayı. | |
Növ | şoco/cosey manqa[1][2] |
Dövrilik | aylıq |
Format | B5 |
Tiraj | 12.450 (2015) [2] |
Təsis tarixi | 28 iyul 2010[3] |
Şirkət | Kodansha |
Ölkə |
![]() |
Qərargah | Tokio, Yaponiya |
Dil | yapon |
aria-comic.jp |
2010-cu ilin aprelində Kodansha yeni jurnalın təsis edilməsində maraqlı olduğunu açıqlamışdır.[4] Jurnalın ilk sayı 28 iyul 2010-cu ildə çapdan çıxmışdır.[3] Jurnal B5 formatında nəşr olunur. "Aria" jurnalı əsasən 16–22 yaşlı qadınlar üçün nəzərdə tutulmuşdur.
2013-cü ildə Kodansha "Shingeki no Kyojin" manqa seriyasının spin-offu olan Attack on Titan: No Regrets manqasının proloq fəslinə olan təlabatı ödəmək üçün jurnalın tiraj sayını təxminən 500 % (80.000 nüsxə) artırmağa qərar vermişdir.[5]
Jurnal 28 aprel 2018-ci ildə fəaliyyətini dayandırmışdır.