Arif Mikayıl oğlu Abbasov (23 iyul 1945, Bakı – 14 iyun 2009, Naxodka, Primorsk diyarı) — futbolçu, məşqçi, hakim.
Arif Abbasov | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Tam adı | Arif Mikayıl oğlu Abbasov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Mövqeyi | hücumçu |
Arif Mikayıl oğlu Abbasov 23 iyul 1945-ci ildə Bakıda doğulub. Azərbaycan futbolunun yetirməsi 1964 – 1974-cü ildə Tomsk şəhərinin müxtəlif komandalarında çıxış edib. Həmçinin, o, Tomsk Dövlət Pedeqoji İnstitutunun Bədən tərbiyəsi fakültəsini bitirib. Futbolçu karyerasını başa vurduqdan sonra hakimliyə başlayan Abbasov Rusiya çempionatının oyunlarına hakim-inspektor qismində təyinat almaqla yanaşı, Tomsk Futbol Federasiyasına rəhbərlik edib. O, 14 iyun 2009-cu ildə hakim-inspektor qismində təyinat aldığı II divizionun "Okean" – "Smena" görüşündən öncə infarktdan vəfat edib. Abbasov Rusiyada futbol üzrə qış turnirinin əsas təşkilatçılarından biri olub.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |