. Love.az

Arif Axundov Dovlet Xadimi - Wikipedia - Love.az

Ana Səhifə - Arif Axundov Dovlet Xadimi
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Arif Axundov.

Arif İmaməli oğlu Axundov (1926, Quba – 23 iyun 1986, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri (1980–1986), Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı.

Arif Axundov
Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri
27 mart 1980 – 23 iyun 1986
ƏvvəlkiSüleyman Tatlıyev
SonrakıMikayıl Nəzərov
Şəxsi məlumatlar
Doğum tarixi 1926
Doğum yeri
  • Quba, Quba qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 23 iyun 1986(1986-06-23)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1955–1986)
Təhsili
  • Bakı Dövlət Universiteti

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

Həyatı

redaktə

Arif İmaməli oğlu Axundov 1926-cı ildə Quba şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1944-cü ildən 1947-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir.[1] 1948-ci ildən fabrik-zavod təhsili və sənət məktəblərində tərbiyəçi, direktorun siyasi kütləvi iş üzrə köməkçisi olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1958-ci ildən Azərbaycan Kommunist Partiyası Dzerjinski və Lenin rayon və Bakı şəhər komitələrinin təlimatçısı olmuş, Bakı Şəhər Partiya-Dövlət Nəzarəti Komitəsində inspektor vəzifəsində çalışmışdır.[2]

Arif Axundov 1963–1971-ci illərdə Azərbaycan KP Qaradağ Rayon Komitəsinin ikinci katibi, Qaradağ Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. 1971-ci ildən 1980-ci ilədək Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, 1980-ci ildən həyatının sonunadək Azərbaycan SSR Nazirlər Sovetinin işlər müdiri vəzifələrində işləmişdir.[1]

Arif Axundov 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.[2] "Qırmızı əmək bayrağı", "Xalqlar dostluğu" ordenləri, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.[1]

Arif Axundov ağır xəstəlikdən sonra 1986-cı il iyunun 23-də 60 yaşında vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 А. И. Ахундов // Коммунист. № 146 (20017). 24 ијун 1986-ҹы ил. С. 3.
  2. ↑ 1 2 Ахундов Ариф Имамәли оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 42.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arif_Axundov_(dövlət_xadimi)&oldid=7437527"
LOVE.AZ