. Love.az

Arif Qasimov Deputat - Wikipedia - Love.az

Ana Səhifə - Arif Qasimov Deputat
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Arif Qasımov.

Arif Mikayıl oğlu Qasımov (6 sentyabr 1952, Sədərək, Noraşen rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının deputatı.

Arif Qasımov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının deputatı
Vəzifədədir
2000-ci ildən
Seçki dairəsi2000 — 1 sayılı Sədərək
2005 — 1 sayılı Sədərək
2010 — 1 sayılı Sədərək
2015 — 1 sayılı Sədərək
2020 — 1 sayılı Sədərək
ƏvvəlkiVaqif Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 6 sentyabr 1952(1952-09-06) (72 yaş)
Doğum yeri
  • Sədərək, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Naxçıvan Dövlət Universiteti (–2005)
Fəaliyyəti siyasətçi

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Siyasi fəaliyyəti
  • 3 İstinadlar
  • 4 Mənbə

Həyatı

redaktə

Arif Qasımov 6 sentyabr 1952-ci ildə Şərur rayonunun (indiki Sədərək rayonu) Sədərək kəndində anadan olmuşdur. 1959–1969-cu illərdə Sədərək kənd orta məktəbində təhsil almışdır.1974-cü ildə Bakı şəhər Maliyyə-kredit texnikomuna daxil olmuşdur.

1976-cı ildə mühasibat-uçotu ixtisasını, 2005-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İqtisad-hüquq Fakültəsinin mühasibat uçotu və audit ixtisası üzrə bitirmişdir.

1974–1976-cı illərdə Sədərək üzümçülük Sovxozunun şərab zavodunda su nəzarətçisi, 1976–1978-ci illərdə Sədərək kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin baş mühasibi olaraq çalışmışdır.

Ailəsi

redaktə

Ailəlidir, 5 övladı var.

Siyasi fəaliyyəti

redaktə

1998-ci ildə Sədərək rayon İcra Hakimiyyətinin Sədərək rayonu üzrə icra nümayəndəsi olaraq çalışmışdır.

1999-cu ildən Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədridir. Həmçinin YAP Sədərək Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür.

Naxçıvan Ali Məclisinin II, III, IV, V və VI çağırışlarının üzvü olmuşdur.

Hal-hazırda Naxçıvan Ali Məclisinin İqtisadi siyasət komitəsinin üzvüdür.[1]

İstinadlar

redaktə
  1. ↑ "Naxçıvan Ali Məclisinin komitələrinin sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı". 24.02.2020. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2020.

Mənbə

redaktə
  • Arif Qasımov
  • YAP Naxçıvan MR Təşkilatı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arif_Qasımov_(deputat)&oldid=7840550"
LOVE.AZ