Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir.
Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir.
Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə.
Təyinatına görə armaturları bölürlər:
Armaturlar konstruksiyasına görə bölünürlər:
Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar:
Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr.
Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir:
Betonla armaturun birləşməsinə ən çox birinci faktor təsir edir. O birləşmənin təxminən 75%-ni öz üzərinə götürür. Bundan əlavə betonun tərkibində olan bərk hissəciklərin və suyun sıxışdırılması da əhəmiyyətli rol oynayır.