Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.[1]
Kənd | |
Armudlu | |
---|---|
40°04′38″ şm. e. 44°05′19″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Sərdarabad mahalı |
Rayon | Sərdarabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 854 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Böyük Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur.
Kiçik Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir.
Erməni mənbəyində göstərilir ki, kəndin qədim, ilkin adı Türk (tatar) Armutlusu (Armtlu türk (tatar) olmuşdur[3].
1930-cu ildə rayondakı Böyük Armudlu kəndi ilə birləşdirilmişdir.
Toponim armud bitki adına mənsubluq bildirən -lu şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. «Kiçik» sözü fərqləndirici əlamət bildirir, fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Burada ermənilərdən başqa 1831-ci ildə 129 nəfər[4], 1922-ci ildə 52 nəfər[5] azərbaycanlı yaşamışdır.
1930 - cu ildə azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
Kənddə 1831-ci ildə 72 nəfər, 1873 - cü ildə 178 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 289 nəfər, 1904 - cü ildə 309 nəfər, 1914 - cü ildə 327 nəfər, 1916-cı ildə 225 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur və kəndə Türkiyənin Bayazid və Alaşkerd vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir.