Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Aranilər və ya Aranoğulları sülaləsi — tarixi rəvayətə görə bu sülalənin banisi miladdan öncə Qafqaz Albaniyasının hökmdarı olmuş Aran hesab olunur. Bu nəslin nümayəndələri Qafqaz Albaniyasında hakimiyyətə gəlmiş Arşaki I Vaçaqanadək (miladi tarixlə 215–255) yəni, onun miladi 215-ci ilədək bu ölkəni idarə etmişlər. Adları tarixi məxəzlərdə çəkilən nümayəndələri Oroys, Kozis və Zoberdir.
Arranşahlar | |
---|---|
Ölkə | |
Banisi | Arran xan |
Sonuncu hökmdar | Tiqran xan |
Əsası qoyulub | I əsr |
Milliyyət | Ağvan |
"Alban ölkəsinin tarixi" əsərinə görə Arandan sonra hakimiyyətə Aray, Ənuşavan, Parət, Ərbaq, İsanın həmdövrü Zavan, Pərnas, Sur, Həvəng, Vaştaq, Əmbək, Ərnək, Şəvərş, Horay, Vəstamkar, Həraq, Hiran, Əncaq, Dalaq, Huray, Zərmehr, Davudun həmdövrü Borc, Ərbun, Bəzək, Xoy, Yusaq, Qaynaq, Sqayordu (bu öz tacını Babil çarından almışdı), Paruy, Pərnəvaz, Pəçuç, Kornaq, Pavus, az yaşamış Yeruand və Tiqran gəlmişdir.[1]
Xaçın knyazı Həsən Cəlal Arranşahlar sülaləsinin nəslindən gəlir.[2][3] Həsən Cəlalın davamçıları Gülüstan, Xaçın və Crabert məlikliklərini idarə edirdi.[4]