. Love.az

Artos Dagi - Wikipedia - Love.az

Ana Səhifə - Artos Dagi

Artos dağı və ya Çadır dağı — Vanın Gevaş rayonu sərhədləri daxilində yerləşən 3 550 metr hündürlüyündə vulkan.

Artos dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3.554 m
Yerləşməsi
38°15′00″ şm. e. 43°06′36″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Artos dağı xəritədə
Artos dağı
Artos dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cənub-şərqi Torosların (Tavr) davamı olan dağ görünüşünə görə Çadır dağı da adlandırılır.[1] Dağın adı (Artos) həm də Ermənistanda kişi adı olaraq istifadə olunur.[2]

Həddindən artıq ovlanmadan dolayı təbii fauna kəskin yoxsullaşmışdır. Amma ayı, dovşan, kəklik, canavar və s. kimi heyvanlar hələ də mövcuddur. Kəpənək növlərinin müxtəliflərinə görə Dünyanın ən önəmli yerlərindən biridir.[3] Kükürd yataqlarına sahib dağ kəpənək populyasiyasına görə çoxsaylı turist və elm adamları tərəfindən tez-tez ziyarət olunur. Dağda qurğuşun filizi də var. Bununla yanaşı, sürətli əsən küləkdən dolayı ərazidə külək turbinləri quraşdırmaq mümkündür.

İstinadlar

redaktə
  1. ↑ Van İl Kültür ve Turizm Müdürlüğü — Artos dağı
  2. ↑ "Armenian Boy Names (Part 1)". 2019-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-18.
  3. ↑ "www.milliyet.com.tr — Kelebekler yuvası Artos Dağı". 2020-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-18.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Artos_dağı&oldid=6627354"
LOVE.AZ