Artsax Qəhrəmanı (erm. Արցախի հերոս; Rom: Artsakhi heros) — özünü buraxmış Artsax Respublikasının ən ali titulu olmuşdur. Artsax Prezidentinin rəsmi saytının verdiyi məlumata görə, Artsax Qəhrəmanı adı “dövlətin müdafiəsində, onun iqtisadi qüdrətinin möhkəmləndirilməsində və mühüm milli dəyərlərin yaradılmasında müstəsna xidmətlərə görə verilir”.[2]
Artsax Qəhrəmanı | |
---|---|
![]() |
|
|
|
Ölkə | |
Tip | mükafat |
Kimə verilir | dövlətin müdafiəsində, onun iqtisadi qüdrətinin möhkəmləndirilməsində və mühüm milli dəyərlərin yaradılmasında müstəsna xidmətlərə görə |
Status | Artıq verilmir |
Statistika | |
Son təltif |
|
Ardıcıllıq | |
Aşağı mükafat | "Qızıl Qartal" ordeni[d] |
Bu ali dövlət tituluna layiq görülmüş şəxslər Qızıl Qartal ordeni ilə təltif olunurdular.[3]
2016-cı ildə Robert Abajyan 24-cü "Artsax Qəhrəmanı" mükafatı laureatı olmuş və eyni zamanda da o, 19 yaşında bu titula sahib olmuş ən gənc insan kimi tarixə düşmüşdür.[4]
2020-ci ildə baş vermiş Dağlıq Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə ümumilikdə 23 hərbçi “Artsax Qəhrəmanı” ali dövlət tituluna layiq görülmüşdür.[5]