Arturo (d. 1985 – ö. 3 iyul 2016) — Argentinanın Mendosa şəhərində yerləşən Mendosa Zooloji Parkında yaşamış ağ ayı. Argentinada yaşayan yeganə ağ ayı statusunu daşıyırdı. 1985-ci ildə ABŞ-da anadan olmuş, 1993-cü ildə Argentinaya göndərilmişdir. Parkdakı tək yoldaşı olan Peluza adlı dişi ağ ayı 2012-ci ildə xərçəngdən ölmüşdür. Arturonun saxlanıldığı qəfəs onun üçün tamamilə uyğun deyildi: Argentinada havanın temperaturu 40 °C-yə çatırdı və qəfəsindəki su hovuzunun dərinliyi cəmi 50,8 sm idi. Heyvan hüquqları müdafiəçiləri[1] Arturonu "dünyanın ən qəmgin heyvanı" adlandırmış və onun Kanadanın Vinnipeq şəhərində yerləşən Assiniboyne Zooloji Parkına transfer edilməsini təmin etmək üçün ərizə kampaniyası başlatmışdılar.[2] Ərizə kampaniyası Ontario əyalətinin Hamilton şəhərindən olan Laura Moralez tərəfindən yaradılmışdır.[3] Məsələyə diqqət çəkmək üçün Twitter-də #Freearturo (azərb. #Azadarturo) heşteqi ilə paylaşımlar edilmişdir. Ərizəni təqdim edənlər qeyd etmişdilər ki, 2012-ci ilin dekabrında Buenos-Ayresdə bir ağ ayı ifrat istidən ölmüşdür və Arturonun depresiyada olduğunu göstərən simptonlar var.[4]
Arturo | |
---|---|
Məlumatlar | |
Növü | Ağ ayı (Ursus maritimus) |
Doğum tarixi | 1985 |
Doğum yeri |
![]() |
Ölüm tarixi | 3 iyul 2016 (30-31 yaşında) |
Ölüm yeri |
Mendosa, ![]() |
Saxlandığı yer | Mendosa Zooloji Parkı |
19 iyul 2014-cü ildə ərizəyə 400.000-dən çox imza çəkilmişdir və ərizə Nyut Qinqriç[5] və Şer[6] tərəfindən təsdiqlənmişdir. Assiniboyne Zooloji Parkı bildirmişdir ki, Arturonu məmnuniyyətlə qəbul edərdilər, lakin Argentina Arturonu transfer etməyə icazə vermədikcə nəsə etməyə hüquqları yoxdur.[7]
24 iyul 2014-cü ildə Mendosa Zooloji Parkının direktoru Qustavo Pronotto Associated Press-ə verdiyi müsahibədə Arturonun Kanadaya göndərilmək üçün çox qoca olduğunu bildirmişdir.[8] Sosial şəbəkələrdə (Facebook və Twitter) Arturonun Kanadaya göndərilməsi üçün kampaniyalar başladılmışdır.[9][10]
Bütün cəhdlərə baxmayaraq Arturo 3 iyul 2016-cı ildə Mendosada ölmüşdür.[11]