Arxeologiya və Antropologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.[1]
AMEA Arxeologiya və Antropologiya İnstitutu | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Tipi | elmi-tədqiqat institutu |
Yaradılıb | 1993-cü il |
Digər məlumatlar | |
Direktor | Fərhad Quliyev |
Ünvan | 115 AZ1073, Hüseyn Cavid prospekti, 115, Bakı, Azərbaycan |
Sayt | arxeologiya.az |
İnstitut 8 iyul 1993-cü ildə yaradılmışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna indiki Arxeologiya və Antropologiya İnstitutuna çevrilmişdir.[2] 2024-cü il 19 yanvar tarixindən isə institutun adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Arxeologiya və Antropologiya İnstitutu kimi təsdiq olunmuşdur.[3]
İllər | Direktor |
1993–2005 | Arif Abbasov |
2005–2021 | Maisə Rəhimova |
2021–2023 | Abbas Seyidov |
2023 | Fərhad Quliyev |
İnstitutun fəaliyyətinin əsas məqsədi arxeologiya və antropologiya elmləri sahəsində Azərbaycanın zəngin maddi-mədəni irsinin öyrənilməsinə yönəlmiş fundamental elmi tədqiqatların təşkili və aparılması olduğu üçün institutun əsas fəaliyyət istiqamətləri buna uyğun müəyyənləşdirilmişdir. İnstitut Azərbaycan arxeologiyasının tarixi və nəzəriyyəsi, sosial və fiziki antropoloji tədqiqatlar, məhkəmə arxeologiyası, numizmatik və epiqrafik tədqiqatlar, Xəzər arxeologiyası, daş, tunc, dəmir dövrü arxeologiyasının müxtəlif problemləri, antik və ilk orta əsrlər, İslam dövrü arxeologiyası, Alban dövrü arxeologiyası istiqamətləri üzrə tədqiqatlar aparır.[4]
Üzvləri:
Arxeologiya və Antropologiya İnstitutunun arxeoloqlarının uzun illər ərzində apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın ən qədim insan məskənləri, erkən əkinçilik mədəniyyətləri, yaşayış məskənləri, tunc dövrünün yaşayış yerləri, şəhər tipli yaşayış məskənləri, yüzlərlə qəbir abidələri, antik və orta əsrlərə aid şəhərləri və başqa istiqamətlər üzrə əhəmiyyətli elmi nəticələr əldə edilmişdir.[7]