. Love.az

Arzu Eliyeva - Wikipedia - Love.az

Ana Səhifə - Arzu Eliyeva
Eyni ad-soyadlı xanəndə üçün baxın: Arzu Əliyeva (xanəndə).

Arzu İlham qızı Əliyeva (23 yanvar 1989, Bakı) — film prodüseri.[1] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı.

Arzu Əliyeva
Doğum tarixi 23 yanvar 1989(1989-01-23) (36 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Səməd Qurbanov
Uşağı 2
Atası İlham Əliyev
Anası Mehriban Əliyeva
Milliyyəti azərbaycanlı
Fəaliyyəti film prodüseri
Fəaliyyət illəri 2015-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Yaradıcılığı
  • 3 Filmoqrafiya
  • 4 İstinadlar

Həyatı

redaktə

23 yanvar 1989-cu ildə Bakı şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur.

1995–2006-cı illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Daha sonralar isə İsveçrə və Böyük Britaniyada ali təhsil alıb.

Arzu Əliyeva 2008-ci ildə Azərbaycan haqqında olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub.[2]

3 sentyabr 2011-ci ildə Arzu Əliyevanın toyu olub. O Rusiyada fəaliyyət göstərən azərbaycanlı biznesmen Aydın Qurbanovun oğlu Səməd Qurbanov ilə ailə həyatı qurub.[3]

9 may 2015-ci ildə Arzu Əliyevanın "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı sənədli filminin təqdimat mərasimi keçirilib.[4][5]

22 yanvar 2016-cı ildə Arzu Əliyevanın layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət" sənədli filminin Nizami Kino Mərkəzində təqdimatı keçirilib.[6]

Ailəsi

redaktə
  • Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin nəvəsidir.
  • Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin qızıdır.
  • Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın qızıdır.
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bacısıdır.
  • Heydər Əliyevin bacısıdır.

Yaradıcılığı

redaktə

Hədəf Bakıdır sənədli filminin baş prodüseri Arzu Əliyevanın sözlərinə görə,"Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır.

Əbədi ezamiyyət filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" adlı ilk sənədli film 2015-ci ilin may ayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və "National Geographic" kanalı ilə 26 ölkədə nümayiş olunub.

Filmoqrafiya

redaktə
  1. Hədəf Bakıdır (film, 2015) — baş prodüser
  2. Əbədi ezamiyyət (film, 2016) — layihə rəhbəri və baş prodüser

İstinadlar

redaktə
  1. ↑ http://www.imdb.com/name/nm7297230/-[ölü keçid] "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu"
  2. ↑ Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub Arxivləşdirilib 2016-12-08 at the Wayback Machine."
  3. ↑ ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, gənc cütlüyün toyu Xəzər dənizi sahilində, Bilgəh qəsəbəsində açıq havada keçirilib. [ölü keçid]."
  4. ↑ Arzu Əliyeva film prodüseri oldu – "Hədəf Bakıdır" Arxivləşdirilib 2017-02-27 at the Wayback Machine."
  5. ↑ Arzu Əliyevanın filmi Braziliyada Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine."
  6. ↑ "Əbədi ezamiyyət" filmi Arxivləşdirilib 2021-10-06 at the Wayback Machine."
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Arzu_Əliyeva&oldid=8153067"
LOVE.AZ